Gərginliyin səbəbi: Dəhlizə Rusiya yox, ABŞ nəzarət edəcək...
Cəlilabadda baş həkimin yerinə təyinat oldu
Tramp evdə xanımına necə müraciət edir?
Beş kollecin direktoru işdən çıxarıldı
Yusif Məmmədəliyevin 120 illiyi qeyd ediləcək
Binəqədidə dəhşətli qətl - Təfərrüat
Ərdoğan Azərbyacan-Rusiya gərginliyindən danışdı
Ukrayna Türkiyədə casus şəbəkəsi yaradıb
İlham Əliyevlə Məsud Pezeşkianın görüşü olub
Soçidə azərbaycanlı qadın saxlanıldı


17.07.2017  11:57 

DİM 1 milyondan çox pul qazandı





A+  A-

Dövlət İmtahan Mərkəzinin(DİM) iyulun 14-də ali təhsil müəssisələrinə II və III ixtisas qrupları üzrə keçirdiyi qəbul imtahanlarında 32945 abituriyent iştirak edib.
XəzərNews.az Modern.az-a istinadən xəbər verir ki, əvvəlcədən iştirak etmək üçün ərizə vermiş 34042 abituriyentdən 1097 nəfəri imtahana gəlməyib.

Maraqlıdır, DİM bu imtahandan nə qədər vəsait əldə etdi?

Qeyd edək ki, imtahanlarda iştirak etmək pulludur və bu, adambaşına 40 manat təşkil edir. Əgər imtahanda iştirak etmək üçün ərziə veriənlərin sayını nəzərə alsaq, onda DİM-in bu prosesdən nə qədər vəsait əldə etdiyini hesablaya bilərik...

Beləliklə, II və III ixtisas qrupları üzrə qəbul imtahanlarında iştirak üçün 34042 abituriyent ərizə vermişdi ki, bu da adambaşına 40 manat deməkdir. Deməli, Dövlət İmtahan Mərkəzi II və III ixtisas qrupları üzrə keçirdiyi qəbul imtahanlarından 1 milyon 361 min 680 manat vəsait əldə edib.

Bu həftə I və IV ixtisas qrupları üzrə də qəbul imtahanları keçiriləcək.

Xatırladaq ki, Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxs olduğundan özünümaliyyələşdirmə üçün imtahanların təşkilini pullu həyata keçirir.

Xəbər 2701 dəfə oxunub.




04.07.2025  12:11 

Ərdoğan Azərbaycana gəldi

04.07.2025  11:35 

Rusiya Kiyevə hücum edib


BÜTÜN XƏBƏRLƏR +