Gərginliyin səbəbi: Dəhlizə Rusiya yox, ABŞ nəzarət edəcək...
Cəlilabadda baş həkimin yerinə təyinat oldu
Tramp evdə xanımına necə müraciət edir?
Beş kollecin direktoru işdən çıxarıldı
Yusif Məmmədəliyevin 120 illiyi qeyd ediləcək
Binəqədidə dəhşətli qətl - Təfərrüat
Ərdoğan Azərbyacan-Rusiya gərginliyindən danışdı
Ukrayna Türkiyədə casus şəbəkəsi yaradıb
İlham Əliyevlə Məsud Pezeşkianın görüşü olub
Soçidə azərbaycanlı qadın saxlanıldı


12.02.2025  11:28 

İlahiyyat İnstitutunda müsəlman olmayanlar təhsil ala bilər?





A+  A-

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) qeyri-müsəlman tələbələrin olub-olmaması ilə bağlı müxtəlif müzakirələr aparılır. Bəziləri hesab edir ki, bu institut yalnız İslam dininə aid ixtisaslaşmış ali təhsil müəssisəsi olduğu üçün burada digər dinlərə mənsub tələbələrin təhsil alması mümkün deyil.

Xəzərnews.az xəbər verir ki, Modern.az sözügedən məsələ ilə bağlı İnstitutla əlaqə saxlayıb.

Ali təhsil müəssisəsindən bildirilib ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutuna (Aİİ) tələbə qəbulu təhsilin bütün pillələri üzrə Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən aparılır. DİM tərəfindən keçirilən III qrup qəbul imtahanlarında iştirak etməklə Aİİ-nin bakalavriat səviyyələri üzrə “İslamşünaslıq” və “Dinşünaslıq” ixtisaslarını seçmək mümkündür.

"Aİİ-nin “İslamşünaslıq” ixtisasına qəbul olmaq istəyən abituriyentlər Dini-Psixoloji Komissiyadan keçməlidirlər. İslam dininə aid ibadət yerlərində imam və imam müavini vəzifələrinin tutulması üçün keçirilən müsahibədən müvəffəqiyyətlə keçən bu ixtisasın məzunları din xadimi kimi fəaliyyət göstərmək imkanına malik olurlar.

“Dinşünaslıq” ixtisasında təhsil almaq istəyən abituriyentlər isə topladıqları müvafiq bala uyğun olaraq bu ixtisası seçə bilirlər. Bu ixtisas üzrə təhsil alan tələbələrə isə İslam dini ilə yanaşı, digər dünya dinləri də ətraflı tədris olunur.

Dini mənsubiyyətindən asılı olmayaraq hər bir vətəndaş Azərbaycan İlahiyyat İnstitutunun “Dinşünaslıq” ixtisasında təhsil ala bilər. Hazırda digər dini mənsubiyyət daşıyıcısı tələbələrin olmamasına baxmayaraq, Aİİ-nin Azərbaycanda fəaliyyət göstərən xristian və yəhudi icmaları ilə sıx münasibətləri vardır, ali təhsil müəssisəsinin elmi bazası hər kəs üçün ilahiyyat elmini tədris etmək imkanına malikdir. Magistratura pilləsində də dinin sosiologiyası, dinin psixologiyası, dinin fəlsəfəsi, dinlər tarixi ixtisaslaşmalarında digər dinlərə mənsub tələbələrin təhsil almaları mümkündür, bunu həm də doktorantura pilləsində təhsil almaq istəyənlərə şamil etmək olar.

Məlumat üçün qeyd edək ki, Aİİ tərəfindən 2021-ci ildə Qəbələ rayonunun Nic qəsəbəsində fəaliyyət göstərən Azərbaycan Respublikasının Alban-Udi xristian dini icması üçün ödənişsiz qaydada “Xristianlıq” tədris kursu təşkil edilib", - rəsmi cavabda deyilir.

Xəbər 4649 dəfə oxunub.




04.07.2025  12:11 

Ərdoğan Azərbaycana gəldi

04.07.2025  11:35 

Rusiya Kiyevə hücum edib


BÜTÜN XƏBƏRLƏR +