Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video
Rusiya 5-7 ildən sonra Estoniyaya hücum edə bilər
Ukrayna daha bir rus təyyarəsini vurdu
Fındıq mafiyası bağları ucuz qiymətlə məhv edir
Arxiv İdarəsinin rəisi istirahətdə olarkən vəfat edib
Gərginliyin səbəbi: Dəhlizə Rusiya yox, ABŞ nəzarət edəcək...
Cəlilabadda baş həkimin yerinə təyinat oldu
Tramp evdə xanımına necə müraciət edir?


06.10.2020  09:32 

Bişkekdə etirazçılar meriya və hökumət binalarını ələ keçirdi - Yenilənib





A+  A-

Qırğızıstanda parlament seçkilərinin nəticələri ilə razılaşmayan etiraz aksiyasının iştirakçıları Bişkekin meriya binasını ələ keçiriblər.
XəzərNews.az bildirir ki, bu barədə məlumatı şəhərin meri Əziz Surakmatov “24.kg” informasiya agentliyinə təsdiqləyib.

Təfərrüatlar hələlik məlum deyil.

Qeyd edək ki, Bişkekdə iğtişaşlar nəticəsində xəsarət alanların sayı 590 nəfərə çatıb. Etiraz aksiyası keçirən insanlar Dövlət Milli Təhlükəsizlik Komitəsinin İstintaq Təcridxanasında həbsdə olan keçmiş prezident Almazbek Atambayevi, həmçinin Moldovanovka kəndindəki koloniyada həbsdə olan keçmiş Baş Nazir Sapar İsakovu azadlığa buraxıblar. Bundan başqa, Qırğızıstan parlamentinin nümayişçilər tərəfindən zəbt olunmuş binasında yanğın baş verib.

***

Qırğızıstanda parlament seçkilərinin nəticələri ilə razılaşmayan etiraz aksiyasının iştirakçıları Bişkekdə hökumət binasını da ələ keçiriblər.
Bu barədə “TASS”a Nazirlər Kabineti Aparatının əməkdaşı bildirib.

“Mitinqçilərdən ibarət onlarla insan Hökumət Evinin binasını ələ keçiriblər və heç kəsi oraya buraxmırlar”, - o deyib.

Agentliyin həmsöhbətinin sözlərinə görə, səhər saatlarında aparat əməkdaşları işə gəlsələr də, binanı tutan şəxslər onları iş yerlərinə buraxmaqdan imtina ediblər.

Xəbər 3714 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +