Generalın qızı hökuməti ittiham etdi
Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video
Rusiya 5-7 ildən sonra Estoniyaya hücum edə bilər


26.09.2020  09:45 

Ukraynadakı təyyarə qəzasının ilkin səbəbi açıqlandı





A+  A-

Ukraynanın Xarkov vilayətində təyyarənin qəzaya uğraması ilə bağlı yeni təfərrüatlar məlum olub.
XəzərNews.az-ın “RİA Novosti”yə istinadən məlumatına görə, Xarkov vilayətinin regional dövlət administrasiyasının rəhbəri Aleksey Kuçer bildirib ki, ilkin məlumatlara görə, qəzaya səbəb An-26 təyyarəsinin sol mühərrikinin sıradan çıxması olub.

“Sol mühərrikin sıradan çıxması ilə bağlı pilotdan bildiriş var idi”, - Kuçer deyib.

O, təcrübəli pilot üçün bunun kritik vəziyyət olmadığını qeyd edib. “Sonra nə baş verdi - bu da aydın deyil, bunu istintaq müəyyənləşdirəcək”, - deyə Kuçer əlavə edib.

Qubernatorun sözlərinə görə, zərərçəkənlər Dördüncü regional xəstəxanaya aparılıblar.

Qeyd edək ki, ən son məlumatlara görə, təyyarənin göyərtəsində olan 27 nəfərdən 25-i həlak olub. Faktla əlaqədar Ukrayna Cinayət Məcəlləsinin "Uçuş qaydalarının pozulması" maddəsi ilə cinayət işi başladılıb.



Xəbər 3757 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +