Dövlətə məxsus parkinq binasını kim özəlləşdirib?
Generalın qızı hökuməti ittiham etdi
Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video


26.09.2020  09:22 

Parisdəki bıçaqlı hücumu terror aktı adlandırdı





A+  A-

Fransanın Daxili İşlər naziri Jerald Darmanen Parisdə “Charlie Hebdo” jurnalının keçmiş redaksiyasının binası yaxınlığında iki jurnalistə qarşı hücumu terror aktı adlandırıb.
XəzərNews.az bildirir ki, müvafiq bəyanatla o, cümə günü “France 2” telekanalının efirində çıxış edib.

“Aydındır ki, bu terror aktıdır. Bu, “Charlie Hebdo” redaksiyasının yerləşdiyi küçədə baş verib, onlar terrorçular kimi hərəkət ediblər”, - nazir deyib.

“Şübhəsiz ki, bu, ölkəmizə, jurnalistlərə qarşı yeni qanlı hücumdur”, - deyə Darmanen bildirib.

O, terrorçuların “Fransız identikliyini məhv etmək istədiklərini” də vurğulayıb.

Xatırladaq ki, sentyabrın 25-də Parisdə "Charlie Hebdo" jurnalının keçmiş redaksiyasının yaxınlığında naməlum şəxslər yoldan keçən jurnalistlərə bıçaqla hücum ediblər. Fransanın Baş Naziri Jan Kasteks bildirib ki, zərərçəkənlərin həyatı təhlükə altında deyil. Fransa Prezidenti Emmanuel Macron hücum barədə məlumatlandırılıb və vəziyyəti izləyir.



Xəbər 3319 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +