Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video
Rusiya 5-7 ildən sonra Estoniyaya hücum edə bilər
Ukrayna daha bir rus təyyarəsini vurdu
Fındıq mafiyası bağları ucuz qiymətlə məhv edir


27.11.2017  23:54 

Gürcüstan Dağlıq Qarabağın müstəqilliyini tanımır





A+  A-

"Tbilisidə Qarabağdan olan rəssamların sərgisi şəxsi təşəbbüs qaydasında açılıb və sərginin təşkilində dövlət strukturları iştirak etməyib".
XəzərNews.az "Report"a istinadən xəbər verir ki, Azərbaycanın Gürcüstandakı Səfirliyi bu ölkədəki müvafiq dövlət strukturlarına müraciət edib. Səfirlik Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsindən olan 7 rəssamın əl işlərindən ibarət "Dirçəliş" adlı sərginin açılışından narahatlıq ifadə edib.

Gürcüstanın Xarici İşlər Nazirliyinin məlumatında bildirilir ki, Sərgi Gürcüstandakı erməni apostol kilsəsinin nəzdindəki "Ayartun" mərkəzində, Ermənistanın Diaspor Nazirliyinin və "Tekeyan" mərkəzinin dəstəyi və "Şuşa şəhəri Muzeyi"nin təşkilatçılığı ilə açılıb: "Gürcüstan Dağlıq Qarabağı müstəqilliyini tanımır və münaqişənin sülh yolu ilə həllinə tərəfdardır. Bizim məlumatımıza görə, sərgidə Azərbaycanın ərazi bütövlüyünə xələl gətirəcək heç bir əlamət və işarə olmayıb.

Konkret olaraq sərginin təşkilinə gəldikdə isə, bu sərgi şəxsi təşəbbüs əsasında açılıb və bu təşəbbüsə heç bir dövlət strukturu qoşulmayıb".

Xəbər 2823 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +