Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video
Rusiya 5-7 ildən sonra Estoniyaya hücum edə bilər
Ukrayna daha bir rus təyyarəsini vurdu
Fındıq mafiyası bağları ucuz qiymətlə məhv edir
Arxiv İdarəsinin rəisi istirahətdə olarkən vəfat edib
Gərginliyin səbəbi: Dəhlizə Rusiya yox, ABŞ nəzarət edəcək...
Cəlilabadda baş həkimin yerinə təyinat oldu
Tramp evdə xanımına necə müraciət edir?


14.02.2017  16:40 

“Rədd olun buradan” - General Mirvətova + VİDEO





A+  A-


Bu gün Sabunçu rayon məhkəməsində ləğv edilən MTN-nin generalları Sübahir Qurbanov, Teymur Quliyev, Natavan Mirvətova və onların əməkdaşları Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinyət işi üzrə məhkəmə prosesi keçirilib.

XəzərNews.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, prosesdə təqsirləndirilən şəxslərin vəkillərinin onların barəsində olan həbs qətimkan tədbiri qərarının ev dustaqlığı ilə əvəz olunması üçün verdikləri vəsatətlər təmin olunmayıb.

Prokuror zərərçəkən Cəmşid Novruzovun vəkili Kamandar Nəsibovun digər prosesdə təqsirləndirilən Akif Çovdarovun da müdafəçisi olduğunu deyib və onun bu prosesdən uzaqlaşdırılmasını istəyib. Prokurorun vəsatəti təmin edilib və K.Nəsibov prosesdən uzaqlaşdırılıb.

Məhkəmə iclası başa çatdıqdan sonra polisin nəzarətində olan general Natavan Mirvətova məhkəmə binasından çıxarkən jurnalistlərə açıqlama verməkdən imtina edib və suallara "rədd olun buradan",- deyərək maşınına əyləşərək uzaqlaşıb.

Məhkəmə prosesi fevralın 21-də davam etdiriləcək.



Xəbər 5509 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +