Dövlətə məxsus parkinq binasını kim özəlləşdirib?
Generalın qızı hökuməti ittiham etdi
Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video


02.07.2025  14:38 

Azərbaycanlılar Gürcüstandan deportasiya edildi





A+  A-

Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamenti və digər aidiyyəti strukturlarının birgə koordinasiyası ilə son günlər ərzində keçirilən kompleks tədbirlər nəticəsində ölkədən 41 əcnəbi vətəndaş deportasiya olunub.

Bu barədə məlumatı Gürcüstanın Daxili İşlər Nazirliyi yayıb.

Nazirliyin açıqlamasına görə, deportasiya olunan şəxslər Azərbaycan, Türkiyə, Türkmənistan, Hindistan, İordaniya, İran, Nepal, Pakistan, Rusiya, Cənubi Afrika Respublikası, Ermənistan və Zimbabve vətəndaşlarıdır.

Aparılan istintaq zamanı müəyyən edilib ki, saxlanılan əcnəbilər “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi statusu haqqında” qanunun tələblərini pozaraq, ölkədə hüquqi əsas olmadan qalmağa davam ediblər. Onların bir qismi sığınacaq prosedurundan sui-istifadə edərək, illərlə Gürcüstanda qeyri-qanuni yaşayıb.

Nazirliyin məlumatında bildirilib ki, mövcud qanunvericiliyə əsasən, bu şəxslərin Gürcüstana girişinə qadağa qoyulub.

Xəbər 529 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +