Prezidentlər Xıdırlı kəndinin açılışında iştirak ediblər
Ursula fon der Leyenə etimadsızlıq səsverməsi keçiriləcək
Kanallar artıq pul qazana bilməyəcək
Stavropolda sakitlikdir, təxribat yoxdur...- Diaspora sədri
Rusiya ilə Azərbaycan arasında münaqişənin gərginləşməsi...
Sevgilisi ilə batan 20 yaşlı qızın meyiti tapılıb
Müəllim öz şagirdi olan qızı qaçırıb
FHN güclü küləklə əlaqədar əhaliyə müraciət etdi
Azərbaycan Rusiya ilə ticarətdən imtina edərsə... - Nə qədər itirəcək?
Zaxarovadan Azərbaycanda saxlanılan ruslarla bağlı AÇIQLAMA


29.12.2023  15:44 

Dneprə raket hücumu: 6 nəfər ölüb, 28 nəfər yaralanıb





A+  A-

Rusiyanın Dneprə raket hücumu nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb, axtarış əməliyyatı başa çatıb.

Xəzərnews.az xəbər verir ki, bu barədə Dnepropetrovsk vilayət administrasiyasının rəhbəri Sergey Lısak Telegram-da məlumat verib.

O bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin “Vostok” hava komandanlığının hava hücumundan müdafiəsi bölgə üzərində 18 qanadlı raketi vurub.

"Dneprdə baş verən partlayış nəticəsində təəssüf ki, artıq 6 nəfər ölüb. 28 nəfər yaralanıb. Onların arasında 1,5 yaşlı uşaq da var", - o, qeyd edib.

Onun sözlərinə görə, partlayışlardan sonra itkin düşmüş hesab edilən iki qadınla əlaqə saxlanılıb.

"Xilasedicilər axtarış əməliyyatını başa çatdırıblar", - Lısak bildirib.

Dneprdə ticarət mərkəzi və doğum evindən əlavə bir fərdi ev yerlə-yeksan edilib, səkkiz inzibati bina, ən azı iki hündürmərtəbəli bina və avtomobillərə ziyan dəyib.



Xəbər 2554 dəfə oxunub.




03.07.2025  15:38 

Sadır Japarov Azərbaycana gəlib

03.07.2025  11:58 

Zaxarovadan SSRİ mesajı


BÜTÜN XƏBƏRLƏR +