Generalın qızı hökuməti ittiham etdi
Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video
Rusiya 5-7 ildən sonra Estoniyaya hücum edə bilər


20.10.2023  21:01 

Kostanyan: “İrəvan Azərbaycan tərəfdən təkliflər alıb”





A+  A-

“İrəvan Azərbaycan tərəfdən təkliflər alıb”.

Xəzərnews.az xəbər verir ki, bu barədə oktyabrın 20-də jurnalistlərlə söhbətində Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan bildirib.

“Hələ yeni yazılı təkliflər verməmişik. Cavab paketi hazırlayarkən biz gözləyirik ki, Azərbaycan tərəfi Qranadanın bəyanatı ilə bağlı öz mövqeyini açıqlayacaq və bu təlimatların onun üçün məqbul olub-olmadığını bildirəcək”, - deyə nazir müavini qeyd edib.

Ermənistan və Azərbaycan liderlərinin Brüsseldə keçiriləcək görüşünün tarixinin artıq məlum olub-olmaması ilə bağlı suala Kostanyan belə cavab verib:

“Görüş tarixinin müəyyən edilməsi üçün ilk növbədə Azərbaycanın iştirakını təsdiqləməsi lazımdır, bundan sonra biz görüşəcəyik”.

Ermənilərin Azərbaycanın hansı təklifləri ilə bağlı problemi olduğuna gəlincə, nazir müavini deyib:

“Hesab edirəm ki, Qranadanın bəyanatında qeyd olunan qaydalara Azərbaycanın reaksiyasını gözləmək daha düzgün olardı. Bundan sonra ümumi nizamlanma perspektivlərindən danışmaq mümkün olacaq”.

Xəbər 3188 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +