Generalın qızı hökuməti ittiham etdi
Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video
Rusiya 5-7 ildən sonra Estoniyaya hücum edə bilər


10.07.2023  11:40 

"Məmməd” və “Mamed” adları qadağan edilməyib





A+  A-

“Məmməd”, “Mamed” adları ilə bağlı Nazirlər Kabineti Terminologiya Komissiyasında heç bir müzakirə aparılmayıb, yaxın vaxtlarda heç bir media subyekti və jurnalistə hansısa açıqlama verilməyib. Ümumiyyətlə, Məmməd adının qoyulması qadağan deyil”.

XəzərNews.az xəbər verir ki, bu fikirləri “Report”a Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova deyib.
O, məsələ ilə əlaqədar sosial şəbəkələrdə və bəzi saytlarda yayılmış iddiaları təkzib edib:

“Terminologiya Komissiyasının məqsədi adlar qoymaq, qeydə almaq deyil. Adlar Ədliyyə Nazirliyinin nəzdində qeydiyyat idarələri tərəfindən qeydə alınır. Ölkədə bir gündə minlərlə körpə dünyaya gəlir və körpələrə qoyulan adlar həmin qeydiyyat idarələri tərəfindən qeydə alınır. Terminologiya Komissiyasına isə adların yazılışı forması ilə bağlı müraciət olunur. Bir sözlə, Terminologiya Komissiyası ad qoymur, onların yazılış formasına münasibətini bildirir. Məsələn, bizə bu yaxınlarda Səməd adının “Samed” kimi yazılması üçün müraciət olunub. Azərbaycan dilinin orfoqrafiya qaydaları, adların yazılış formaları, ədəbi dil qaydalarına uyğun olaraq adların yazılış forması müəyyən edilərək qeydiyyat idarələrinə təqdim olunub. Bizim vəzifəmiz bundan ibarətdir. Nə “Məmməd”, nə “Mamed” adlarının qadağan olunması məsələsi Terminologiya Komissiyasında müzakirə olunmayıb”.
S. Sadıqova vurğulayıb ki, 2015-ci ildə “Məmməd”, “Məhəmməd”, “Mamed”, “Muhammed” adlarının hansının yazılışının düzgün hesab olunması mövzusu müzakirə olunub və bu zaman onların “Məmməd” və “Məhəmməd” kimi iki formada yazılışı tövsiyə olunub:
“Bizim işimiz ad qadağası qoymaq deyil, insanları bu cür çaşdırmaq olmaz. Terminologiya Komissiyası ad müzakirə etmir, onların düzgün yazılışı qaydaları haqqında məlumat verir”.

Xəbər 3123 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +