Dövlətə məxsus parkinq binasını kim özəlləşdirib?
Generalın qızı hökuməti ittiham etdi
Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video


11.07.2022  10:02 

Deputat Xəzər TV-ni tənqid etdi





A+  A-

"Təsadüfən Xəzər TV-nin "komediaxana" kimi urvatsız bir verilişinə baxdım. Bir məsələ məni düşündürdü: Görəsən bu verilişdə iştirak edənlərin heç olmasa kollec təhsili varmı? Bunlara komediya haqqında dərslər, aktyorluq dərsi, davranış dərsi keçilibmi?"

XəzərNews.az xəbər verir ki, bu barədə açıqlama ilə millət vəkili Etibar Əliyev çıxış edib.

Deputat bildirib ki, bunlar deyəsən televiziya rəhbərinin bayağı yumoru və davranışından başqa heç nə öyrənməyiblər:

"Yaxşı, onda hansı məqsədlə gənclərin tərbiyəsini pozursunuz. Onlara bayağı və təlxək davranışları təlqin edirsiniz? Bayağı hərəkətlər, duzsuz yumorlar, seçilmiş küçə mövzuları bunların yalnız özlərinə xoş gələ bilər. Vaxtilə televiziyalarda efirə gedən "Komediyalar aləminə səyahət" verilişini səbirsizliklə gözləyərdik. Ağ-qara göstərən televizorda yaddaşlarımızdan indi də silinməyən məzmunlu tamaşalara baxardıq. İndi plazma növlü televizorun komediyaları həmin ağ-qara göstərən televizorun bircə tamaşasına belə dəyməz. Hər şey aydındır: texnologiya var, lakin teatr və aktyorluq təhsili, istedad və sənətə hörmət yoxdur... Bir şeyi unutdum: məktəb dərnəkləri də yoxdur ki, istedadı vaxtından əvvəl üzə çıxarsın".

Xəbər 3508 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +