Dövlətə məxsus parkinq binasını kim özəlləşdirib?
Generalın qızı hökuməti ittiham etdi
Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video


08.04.2021  11:03 

Budundan bıçaqlanan şəxs xəstəxanada öldü





A+  A-

Kürdəmir rayonunda budundan bıçaqlanan kişi xəstəxanada vəfat edib.
Rayon prokurorluğundan XəzərNews.az-a verilən məlumata görə, aprelin 8-də saat 03 radələrində Kürdəmir şəhər sakini, 1969-cu il təvəllüdlü Səmədov Arif Abduləziz oğlu sağ budun kəsilmiş-deşilmiş yarası xəsarəti ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

O, aldığı xəsarət nəticəsində xəstəxanada ölüb.

Zərərçəkmişin tanışı Babayev İsmayıl Bəhrəm oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla Arif Səmədova xəsarət yetirdiyi məlum olub.

Faktla bağlı Kürdəmir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

İsmayıl Babayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

Xəbər 3278 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +