Moskvada azərbaycanlı “qanuni oğrular“ saxlanıldı
Türkmanlar bu qərara etiraz edir - Ekspert
Prezidentlər Xıdırlı kəndinin açılışında iştirak ediblər
Ursula fon der Leyenə etimadsızlıq səsverməsi keçiriləcək
Kanallar artıq pul qazana bilməyəcək
Stavropolda sakitlikdir, təxribat yoxdur...- Diaspora sədri
Rusiya ilə Azərbaycan arasında münaqişənin gərginləşməsi...
Sevgilisi ilə batan 20 yaşlı qızın meyiti tapılıb
Müəllim öz şagirdi olan qızı qaçırıb
FHN güclü küləklə əlaqədar əhaliyə müraciət etdi


13.03.2021  11:09 

TƏBİB-dən karantinin sərtləşdiriləcəyi xəbərləri ilə bağlı açıqlama





A+  A-

“Son günlər cəmiyyətdə ayrı-ayrı şəxslər arasında, bəzi Kütləvi İnformasiya Vasitələrində, sosial şəbəkələrdə bayram ərəfəsində TƏBİB-in karantin rejimini sərtləşdirəcəyi ilə bağlı şayiələr yayılıb”.
XəzərNews.az xəbər verir ki, bu barədə TƏBİB-in bu gün açıqladığı məlumatda qeyd edilib. Bildirilib ki, karantin rejiminin müəyyənləşdirilməsi ilə bağlı hər hansı qərarın qəbulu birmənalı şəkildə TƏBİB-in səlahiyyətlərinə aid olan məsələ deyil:

“Başqa sözlə, koronavirusla əlaqədar qapanma və yaxud da yumşalma tədbirləri TƏBİB tərəfindən həyata keçirilmir. Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü kimi TƏBİB yalnız müalicə və müayinə ilə bağlı tövsiyələr verir.

Bütün bunlarla bərabər,vurğulayaq ki, dünyada olduğu kimi, Azərbaycanda da karantin qaydaları insanların sağlamlığının qorunması üçün tətbiq olunur. Hətta bir çox ölkələrdə vaksinasiyanın başlamasına baxmayaraq, hələ də pandemiya ilə mübarizədə karantin qaydalarının tətbiqi zəruri hesab edilir. TƏBİB pandemiya ilə mübarizədə NK yanında Operativ Qərargahın qərarlarını icra edir və buna uyğun fəaliyyətini təşkil edir”.

Xəbər 3630 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

03.07.2025  15:38 

Sadır Japarov Azərbaycana gəlib

03.07.2025  11:58 

Zaxarovadan SSRİ mesajı


BÜTÜN XƏBƏRLƏR +