Dövlətə məxsus parkinq binasını kim özəlləşdirib?
Generalın qızı hökuməti ittiham etdi
Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video


17.11.2020  15:58 

“Qarabağla bağlı razılaşmaya əməl edilir” - Putin





A+  A-

“Qarabağla bağlı razılaşmaya əməl edilir”.
XəzərNews.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin BRİCS-ə üzv ölkələrin (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika - red.) onlayn konfransında bildirib.

“Rusiya tərəfi iki dost dövlətimiz arasında hərbi əməliyyatların dayandırılmasına kömək etmək və onları kompromisli həllər tapmağa təşviq etmək üçün ən fəal səyləri göstərdi. Vasitəçiliyimiz nəticəsində 9 noyabrda atəşkəs və Dağlıq Qarabağda Rusiya sülhməramlı kontingentinin yerləşdirilməsi barədə razılaşmalar əldə edildi”,- deyə Putin qeyd edib.

Vladimir Putin bütün bunların Rusiya-Azərbaycan prezidentləri və Ermənistan Baş nazirinin imzaladığı üçtərəfli bəyanatda qeyd olunduğunu xatırladıb.

“Mühüm məsələdir ki, razılaşmalara əməl olunur. Hərbi əməliyyatlar tamamilə dayandırılıb, vəziyyət sabitləşir. Beləliklə, böhranın uzunmüddətli və geniş miqyaslı həlli üçün və həm Azərbaycan, həm də erməni xalqlarının mənafelərinə uyğun olaraq ədalətli əsasda şərait yaradılıb”,- deyə Rusiya Prezidenti əlavə edib.



Xəbər 4367 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +