Dövlətə məxsus parkinq binasını kim özəlləşdirib?
Generalın qızı hökuməti ittiham etdi
Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video


14.05.2019  11:37 

Metroda niyə sərnişin sıxlığı yaranıb? - AÇIQLAMA





A+  A-

Son iki gün ərzində “Bakı Metropoliteni”nin stansiyalarında və qatarlarda sərnişin sıxlığı pik həddə çatıb. Eyni zamanda, bu gün stansiyalardakı qatarın istiqamətini göstərən elektron lövhələr də işləmir. Nəticədə sərnişinlər qatara minib-minməməkdə tərəddüd edirlər.
XəzərNews.az bildirir ki, “Bakı Metropoliteni”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov Modern.az-a faktı təsdiqləyib:

“Son iki gündür özüm də metroda sərnişin sıxlığını müşahidə edirəm. Bunun da adətən iki səbəbi olur: ya sərnişin çoxdur, ya da qatarlararası interval çoxdur. Maraqlıdır ki, bu günlərdə ölkə əhəmiyyətli tədbirlər də yoxdur ki, avtobusların hərəkət istiqamətinin dəyişməsi səbəbindən baş verdiyini düşünək. Adi iş günlərdə orta hesabla 600 mindən çox sərniş metrodan istifadə edir. Dünən və bu gün gözlə görünən say həmişəkindən çox olduğunu deməyə əsas verir. Xüsusilə “28 May”, “Koroğlu”, “Neftçilər” stansiyalarında sıxlıq daha çoxdur”.

B.Məmmədov qeyd edib ki, elektron lövhələrin işləməməsi texniki səbəbdəndir və yaxın saatlarda bərpa olunacaq.

Xəbər 2791 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +