Generalın qızı hökuməti ittiham etdi
Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video
Rusiya 5-7 ildən sonra Estoniyaya hücum edə bilər


08.02.2019  17:26 

Rumıniya da Quaidonu tanıdı





A+  A-

Rumıniya prezidenti Klaus İohannis müxalifət lideri Xuan Quaidonu Venesuelanın müvəqqəti prezidenti kimi tanıyıb.
XəzərNews.az-ın “RİA Novosti”yə istinadən xəbərinə görə, İohannisin administrasiyasından bildirilib ki, bu qərar situasiyanın diqqətli təhlilindən, eləcə də Avropa Birliyinin əksər ölkələrinin, xüsusilə də Rumıniyanın tərəfdaşlarının Quaidonu qanunu prezident olaraq tanımasından sonra verilib.

Qeyd edək ki, fevralın 4-də 19 Avropa ölkəsi parlamentin spikeri Xuan Quaidonu müvəqqəti prezident kimi tanıdıqlarına dair bəyannamə qəbul ediblər. Bəyanatı İspaniya, Portuqaliya, Almaniya, Böyük Britaniya, Danimarka, Niderland, Fransa, Macarıstan, Avstriya, Finlandiya, Belçika, Lüksemburq, Çexiya, Latviya, Litva, Estoniya, Polşa, İsveçrə və Xorvatiya imzalayıb.

Xəbər 2707 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +