Dövlətə məxsus parkinq binasını kim özəlləşdirib?
Generalın qızı hökuməti ittiham etdi
Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video


15.10.2018  21:54 

Sürüşmə zonasında gərginlik davam edir





A+  A-

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan qərargah sürüşmə ərazisi ilə bağlı növbəti məlumat yayıb.
XəzərNews.az xəbər verir ki, sürüşmə zonasında saat 09:00-a olan monitorinqin nəticələrinə əsasən sahədə nisbi stabillilik qalmaqdadir. Sürüşmə kütləsi üzərində vizual hiss olunan dəyişiklik baş verməyib. Kütləni təşkil edən pozulmuş süxurların ara-sıra yamac boyu hərəkəti qeydə alınıb. Sürüşmənin dinamikasını nəzarətdə saxlamaq üçün ərazinin üst hissəsindəki evlərin hasarlarına gips mayaklar qoyulub.

***

Saat 18:00-a olan monitorinqlərin nəticəsinə əsasən, ərazidə gərginlik qalmaqdadır.

Sürüşmə sahəsi üzərində asılı qalmış süxurların xırda hissələrinin yamaca doğru hərəkəti mütəmadi olaraq davam edir. Ərazinin üst hissəsindəki evlərin hasarlarının təxminən 30 metr hissəsi ucaraq sürüşmə kütləsi üzərinə tökülüb. Həmin hasarın digər hissəsində eni 30 sm olan aralanma baş verib.

***

Saat 21:00-a olan monitorinqlərin nəticəsinə əsasən, sürüşmə sahəsi üzərində asılı qalmış süxurların xırda hissələrinin yamaca doğru hərəkəti yenə də müşahidə edilir. Ümumi dinamikada gərginlik qalmaqdadır.

Xəbər 3064 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +