Prezidentlər Xıdırlı kəndinin açılışında iştirak ediblər
Ursula fon der Leyenə etimadsızlıq səsverməsi keçiriləcək
Kanallar artıq pul qazana bilməyəcək
Stavropolda sakitlikdir, təxribat yoxdur...- Diaspora sədri
Rusiya ilə Azərbaycan arasında münaqişənin gərginləşməsi...
Sevgilisi ilə batan 20 yaşlı qızın meyiti tapılıb
Müəllim öz şagirdi olan qızı qaçırıb
FHN güclü küləklə əlaqədar əhaliyə müraciət etdi
Azərbaycan Rusiya ilə ticarətdən imtina edərsə... - Nə qədər itirəcək?
Zaxarovadan Azərbaycanda saxlanılan ruslarla bağlı AÇIQLAMA


31.07.2018  15:21 

Altıağac Milli parkındakı yanğın söndürülüb





A+  A-

Altıağac Milli parkının ərazisinə keçən yanğın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq yerli qurumlarının əməkdaşlarının və Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə xidmətinin aviasiya dəstəsinin qüvvələrinin səyləri nəticəsində 30 iyul 2018-ci il tarixində gecə saatlarında söndürülüb.
Nazirlikdən XəzərNews.az-a bildirilib ki, hazırda ərazidə tüstülənən ağac kötüklərinin tam söndürülməsi istiqamətində işlər davam etdirilir.

Qeyd edək ki, yanğının söndürülməsində Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar Nazirliklərinin əməkdaşları əl əməyindən və mümkün olan bütün vasitələrdən istifadə etməklə xüsusi fədakarlıq göstəriblər. ETSN yanğının söndürülməsində yaxından iştirak edən hər kəsə təşəkkür edir.

İlkin hesablamalara görə yanğın təxminən 100 hektar ərazini əhatə edib, əsasən kol bitkiləri, xəzəl, ot örtüyü, meşənin alt yarusu, qurumuş və yıxılmış ağaclar yanıb.

Yanğının baş verməsində şübhəli bilinən şəxslərin müəyyən edilməsi, qanunamüvafiq cəzalandırılması, həmçinin dövlətə və təbiətə vurulmuş ziyanın ödətdirilməsi istiqamətində Altıağac Milli Parkı tərəfindən müvafiq sənədləşmə işləri aparılıb və hüquq-mühafizə orqanlarına müraciət olunub.

Xatırladaq ki, 28 iyul 2018-ci il tarixində Siyəzən rayonunun Köhnə Quşçu kəndinin yaxınlığında biçənək sahəsində başlayan yanğın sonradan güclü külək səbəbindən kəndin sərhədində yerləşən Altıağac Milli parkının ərazisinə keçmişdi.

Xəbər 3072 dəfə oxunub.




03.07.2025  15:38 

Sadır Japarov Azərbaycana gəlib

03.07.2025  11:58 

Zaxarovadan SSRİ mesajı


BÜTÜN XƏBƏRLƏR +