Moskvada azərbaycanlı “qanuni oğrular“ saxlanıldı
Türkmanlar bu qərara etiraz edir - Ekspert
Prezidentlər Xıdırlı kəndinin açılışında iştirak ediblər
Ursula fon der Leyenə etimadsızlıq səsverməsi keçiriləcək
Kanallar artıq pul qazana bilməyəcək
Stavropolda sakitlikdir, təxribat yoxdur...- Diaspora sədri
Rusiya ilə Azərbaycan arasında münaqişənin gərginləşməsi...
Sevgilisi ilə batan 20 yaşlı qızın meyiti tapılıb
Müəllim öz şagirdi olan qızı qaçırıb
FHN güclü küləklə əlaqədar əhaliyə müraciət etdi


10.07.2018  17:05 

Kanatdakı qəzanın təfarrüatları məlum oldu





A+  A-

Qubada hoteldə kanat xəttinin qırılmasının təfərrüatları məlum olub.
XəzərNews.az Trend-ə istinadən xəbər verir ki, hotelə məxsus kanat xətti bu il iyunun 23-də təmirə bağlanıbmış. Həmin vaxtdan Rusiyanın "SCADA stroy" montaj şirkəti kanat yolunda profilaktik təmir işlərinə başlayıb.

İyulun 9-da şirkətin iş icraçısı, 1959-cu il təvəllüdlü, Qazaxıstan vətəndaşı Nikolay Nikolayeviç Likvinenko və onunla birlikdə işləyən 1992-ci il təvəllüdlü İsayev Rüzgar Mürvət oğlu, 1985-ci il təvəllüdlü Əliməmmədov Ruhid Mehman oğlu və 1958-ci il təvəllüdlü Həsənov Rafiq Əziz oğlu tərəfindən kanat xəttinin təmiri davam etdirilərkən, xəttin bərkidildiyi dəmir tros qırılaraq R.İsayev, R.Əliməmmədov və R.Həsənova dəyib.

Hadisə nəticəsində R.İsayevin sağ alın nayihəsi, burun və sağ bazu sümüyü sıyrılıb, sağ bud sümüyü sınıb. Hadisə zamanı R. Həsənovun sol baldır nayihəsi sıyrılıb, R. Əliməmmədovun isə sol kürək sümüyü sınıb.

Yaralılar dərhal Quba rayon Mərkəzi Xəstəxanasına aparılsa da, Rüzgar İsyev aldığı xəsarətlərdən yolda dünyasını dəyişib, digər iki yaralı isə xəstəxanaya yerləşdirilib.

Məlumatda qeyd edilib ki, kanat xətti hotelin istirahət ərazisindən kənarda olduğundan hadisə nəticəsində turistlərdən xəsarət alan olmayıb.

R.Həsənova ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Faktla bağlı Quba rayon Prokurorluğunda araşdırmalar aparılır.

Xəbər 2832 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

03.07.2025  15:38 

Sadır Japarov Azərbaycana gəlib

03.07.2025  11:58 

Zaxarovadan SSRİ mesajı


BÜTÜN XƏBƏRLƏR +