Generalın qızı hökuməti ittiham etdi
Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video
Rusiya 5-7 ildən sonra Estoniyaya hücum edə bilər


22.06.2018  09:17 

Arvadı evdən gedən kişi özünü asdı





A+  A-

Şabran rayonunun Güləmli yaşayış massivində yaşayan Cəmil Məmmədov intihar edib.
XəzərNews.az Criminal.az-a istinadən xəbər verir ki, 3 uşaq atası olan 37 yaşlı Cəmil Balamirzə oğlu Məmmədov yaşadığı evin yardımçı otağında özünü elektrik naqilindən asaraq öldürüb.

Verilən məlumata görə, intiharın səbəbi həyat yoldaşının Məmmədovu tərk etməsi olub. Belə ki, həyat yoldaşı Cəmil ilə mübahisə edib və uşaqları ilə birgə Qubaya – ata evinə gedib. Həyat yoldaşının ayrılığına dözməyərək intihar etməyi üstün tutan Cəmil intihardan öncə məktub yazıb: "Bahar mən səni çox sevirəm. Bağışla ki, qəlbini qırdım. Sənsiz yaşaya bilmərəm. Sənsiz yaşamaqdansa ölüm daha yaxşıdır”.

Ailənin 3 oğlan övladı var. Şabran rayon Prokurorluğunda intiharın səbəbləri araşdırılır. Faktla bağlı rayon prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanılıb.

Xəbər 2966 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +