Generalın qızı hökuməti ittiham etdi
Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video
Rusiya 5-7 ildən sonra Estoniyaya hücum edə bilər


18.06.2018  17:12 

Maradona Sampaolini tənqid etdi





A+  A-

Argentina milli komandasının əfsanəvi futbolçusu Dieqo Maradona açıqlama verib.
XəzərNews.az xəbər verir ki, veteran futbolçu DÇ-2018-in qrup mərhələsinin İslandiyaya qarşı ilk matçında 1:1 hesablı heç-heçə edən Argentinanın baş məşqçisi Xorxe Sampaolini sərt şəkildə tənqid edib:

"Əgər Argentina bu taktika ilə oynamağa davam etsə, Sampaoli ölkəyə qayıda bilməyəcək. Onun oyun planı təmiz rüsvayçılıq idi. Rəqib futbolçular hündürboy idilər, ancaq künc zərbələrində top cərimə meydançasına doğru ötürüldü. Belə oyun olmaz, biabırçılıqdır. Mən futbolçuları günahlandırmıram. Günah məşqçidədir. İslandiya meydanda daha hazırlıqlı görünürdü. Bu da məni məyus edirdi".

Maradona oyunda penaltini qaçıran Messini müdafiə edib:

"Ən yaxşı futbolçular belə səhv edir. Mən belə ardıcıl 5 penalti qaçırmışam, ancaq yenə də Maradonayam. Messi əlindən gələni etdi. Penaltini qaçırdığı üçün çox üzgün görünürdü. Qələbə qazanmamaqda tək günahkar o deyil, futbol komanda oyunudur. Tanrının da dəstəyi olsa, Argentinanın bacara bilməyəcəyi təqib yoxdur".

Argentina qrupun ikinci matçında Xorvatiya ilə qarşılaşacaq.

Xəbər 2591 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +