Dövlətə məxsus parkinq binasını kim özəlləşdirib?
Generalın qızı hökuməti ittiham etdi
Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video


21.11.2017  17:25 

Azərbaycan yığmasının üzvü həbs edildi





A+  A-

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən quldurluq etməkdə təqsirləndirilən Miqdar Məmmədov, Orxan Atayev və Məhərrəm Məhərrəmova hökm oxunub.
XəzərNews.az-ın verdiyi xəbərə görə, hakim Novruz Kərimovun icraatında olan prosesdə M.Məhərrəmov və O. Atayev 8 il, M. Məmmədov isı 4 il müddətinə azadlıqdan məhrum edilib. O. Atayev və M. Məmmədov istintaq dövründə azadlıqda olduqları üçün bu gün məhkəmə zalında həbs ediliblər. M.Məmmədov futbolçu olub.

Adıçəkilən şəxslər kafe yeyib içərkən İran vətəndaşı Murtəza Azər və Bakı sakini Sədi Məmiyev onları daha yaxşı əylənə, biləcəkləri bir məkana aparmalarını istəyiblər. Əvəzində gənclərin hesabınaı da ödəyəcəklərini deyiblər. Növbəti məkanda davam edən əyləncənin hesabı 750 manat olub. İran vətəndaşı buna etiraz edib və yalnız özü ilə dostunun hesabını ödəyib.

M. Məhərrəmov isə telefonunu girov qoyaraq hesabı ödəmək üçün pul gətirməyə gedib. Hesabı verdikdən sonra kafedən bir yerdə çıxıblar. Fatmayı qəsəbəsində Murtəza Azərə və Sədi Məmiyevə zor tətbiq edərək 750 manat pullarını alıblar.

Miqdar Məmmədov Məhərrəm Məhərəmovun qaynıdır. Hadisədən 17 gün əvvəl M.Məhərrəmovun toyu olub.

M.Məmmədov "İnter" komandasında 17 yaşlılar üzrə yığmada çıxış edib.

Xəbər 3137 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +