İsrail İrana qarşı yeni plan hazırlayır
Pakistanın Baş naziri Xankəndiyə gəldi
Rusiya erməniləri Rəştdə yerləşdirməlidir - Politoloq
Rusiya Kiyevə hücum edib
Solovyovun Bakını hədələməsinə Türkiyədən reaksiya
Sabiq məmur hərbçilərdən rüşvət alıbmış
Parlamentdə 22 məsələ müzakirə olunacaq
Əliyev Trampı təbrik etdi
Pezeşkian Azərbaycana səfərə gəlib - YENİLƏNİB
Rusiya Əfqanıstan İslam Əmirliyini rəsmən tanıyıb


26.10.2017  10:25 

“Xutor”dakı evlər söküləcək - Baş nazirin müavini açıqladı+VİDEO





A+  A-

Paytaxtda istismar müddətini tamamlamış, qəzalı vəziyyətdə olan evlərin söküntüsü davam etdirilir. Pirallahı və Xəzər rayonları istisna olmaqla, Bakının bütün rayon icra hakimiyyətlərinə bu səlahiyyət verilib.
XəzərNews.az-ın məlumatına görə, baş nazirin müavini Abid Şəriov “Xəzərxəbər”ə açıqlamasında bildirib ki, pilot layihə çərçivəsində artıq 1726 qəzalı vəziyyətdə olan tikili sökülüb.Bu binalarda yaşayan 3436 ailə isə mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması üçün müvəqqəti olaraq köçürülüb.

A. Şəriov bu layihənin köhnə tikililərin yerində çoxmərtəbəli bina tikən iş adamlarının da xeyrinə olduğunu, onların ayrı-ayrı qurumlara müraciət edib əlavə vaxt itkisindən azad olduqlarını deyib.

Qeyd edək ki, bu il ərzində yalnız Sabunçu rayonunda 1 bina təhvil verilib. Artıq binaların nə vaxt veriləcəyi tarix də məlumdur. Tikinti prosesi zamanı köçürülən əhali yaşayış yeri ilə təmin olunur. Proses tamamlandıqdan sonra onlar sahəsi əvvəlkindən daha böyük olan və tam təmirli evlərlə təmin olunacaqlar.

Baş nazirin müavini yeni görkəm alan “Sovetski” adlanan ərazi ilə bağlı da danışıb. O, birinci mərhələdə işlərin uğurla yekunlaşdığını, az sahəli evlərdə yaşayan insanların tikilən 2 doqquzmərtəbəli binada mənzillərlə təmin olunduqlarını qeyd edib.

Abid Şərifovun sözlərinə görə, layihə böyük vəsait tələb etdiyindən işlər mərhələli şəkildə həyata keçirilir.

Baş nazirin müavini layihənin növbəti mərhələsi kimi “Xutor” adlanan ərazidəki evlərin söküləcəyini də açıqlayıb.


Xəbər 2721 dəfə oxunub.




04.07.2025  11:35 

Rusiya Kiyevə hücum edib

04.07.2025  11:17 

Əliyev Trampı təbrik etdi

03.07.2025  15:38 

Sadır Japarov Azərbaycana gəlib


BÜTÜN XƏBƏRLƏR +