Generalın qızı hökuməti ittiham etdi
Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video
Rusiya 5-7 ildən sonra Estoniyaya hücum edə bilər


12.09.2017  17:56 

Zəvvarların təyyarəsi gecikəcək - AZAL-dan açıqlama





A+  A-

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycandan Həcc ziyarəti üçün Səudiyyə Ərəbistanına gedən zəvvarların birinci qrupu vətənə qayıdır.
XəzərNews.az xəbər verir ki, onların Bakıya qayıtmasında yubanma var. Belə ki, yerli vaxtla saat 16:30-da yerə enməli olan təyyarə təxminən elə həmin saatda Mədinə hava limanından çıxıb.

AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski “Qafqazinfo”ya bildirib ki, gecikməyə səbəb Azərbaycan tərəfi deyil:

“Mədinə aeroportunda sıxlıq var. Buna görə də həmin təyyarəni 3 saat gec yola salıblar. Nəticədə zəvvarları daşıyan təyyarənin 19:10-da Heydər Əliyev adına Hava Limanına enməsi gözlənilir”.

Məlumata görə, digər zəvvarlar isə sentyabrın 13-ü,14-ü və 15-də Azərbaycana dönəcəklər. Bu il Azərbaycandan Həcc ziyarətinə 900 nəfər gedib.



Xəbər 2901 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +