Ərdoğan Kamran Əliyevi qəbul edib
Xanəlizadə İranı Türkiyəyə zərbə vurmağa çağırdı
Dənizdə daha 1 nəfər batdı - Rəsmi
Azərbaycanlı hərbçi Kiyevdə dəfn olundu
Vilayət Eyvazovun adından saxta açıqlama yayılıb
Özəl klinikada qanunsuzluq - Blogeri əməliyyat otağına saldılar
20 yaşlı fəhlə uçqun altında qalaraq ölüb
Azərbaycanın Ukrayna ilə bağlı mövqeyi bizə məlumdur - Peskov
Rusiya tərəfindən mənə deyilib ki... - Baş prokuror
Bu yolun təmiri üçün vəsait ayrıldı - Sərəncam


21.07.2025  11:04 

Sabiq deputat Sahib Məmmədovu sərt tənqid etdi: Ayıb olsun onlara...





A+  A-

“Tanımadığım Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) rəhbərliyinə qarşı nə qarayaxmam ola bilər? Bu nə düşüncədir ki, səsləndirirlər? İkincisi, mən məmur deyiləm. Üçüncüsü, faktları deyirəm. Hətta demirəm ki, bu fakt düzdür, ya yalan”.

XəzərNews.az pravda.az-a istinadla xəbər verir ki, bunu sabiq deputat Tahir Kərimli deyib.

O, AHİH-in onun barəsində açıqlaması barədə danışarkən əlavə edib:

"Dördüncüsü, bunlar niyə diqqəti mənim özümə yönəldirlər? Demişəm ki, vətəndaşların 90% müraciətinə AHİK-dən cavab verilmir. Başa düşürəm, onlayn qaydada olduğuna görə müraciətlər artıb.

Mənim qızım ömründə bir dəfə uzun illərdən sonra harasa göndəriş alıbsa, onun bu məsələyə nə dəxli var? Bunu niyə gözə soxurlar? Ayıb olsun onlara! Ayıb olsun ki, vətəndaşlara cavab vermirlər. Əksinə, müsahibəmdə dedim ki, ümid edirəm, AHİK-də kadr dəyişikliyi, irəliləyiş olar. Amma görünür ki, bunlar özləri qara yaxırlar, adlarını isə başqalarına qoyurlar”.

T.Kərimli bildirib ki, İttifaq onun üçün Naftalana verdiyi göndərişdən imtina edəcək:

“Hazırda ailəmlə bu barədə məsləhətləşirəm. Müvafiq qərara gəldikdən sonra məlumat verəcəyəm. Mənim kimi vəzifələrdə işləmiş adamların ailələri on illərdir, xaricdə ən bahalı sanatoriyalarda, başqa-başqa yerlərdə kef çəkirlər. Biz isə - nə özüm, nə də həyat yoldaşım post-sovet məkanı istisna olmaqla, heç vaxt xaricdə dincəlməmişik.

Naftalanda müalicə almağı da mənə çox görürlər? Eybi yoxdur, mən də etiraz olaraq AHİK-nin göndərişindən şəxsən imtina etmək qərarına gəlmişəm. Həyat yoldaşımla əlaqədar Naftalanı seçmişdim. Qoy harınxorlar nə qədər istəyirlər, keflərini sürsünlər. Xalqımın haqqını müdafiə etdiyimə görə, əziyyət çəkənləri, layiq olub, lakin dincəlmək hüququ əldə edə bilməyənlərin hüququnu müdafiə etdiyimə görə təyinatları məlum agentlik və saytlar tərəfindən bu cür hücuma məruz qalmağı həzm edə bilmərəm”.

Xəbər 840 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

22.07.2025  13:10 

Əliyev Trampa təşəkkür etdi


BÜTÜN XƏBƏRLƏR +