Prezident Tiranaya işgüzar səfərə gedib
“İbrahim sazişləri”nə qoşulması Azərbaycana nə verə bilər?
Mehriban Ələkbərzadəyə 24 saat vaxt verildi - QALMAQAL
Şahbaz Şərif İlham Əliyevə zəng edib
Ağsaqqallar Şurası kimi saxta quruma nə ehtiyac var?
Putin İstanbula niyə getmədi? - Tramp açıqladı
Sayımız açıqlandı: Kim harada yaşayır?
Sabirabadda 16 yaşlı qızı 33 yaşlı oğlana ərə verilir?
Azərbaycanda yeni yubiley medalı təsis edilib
İran nüvə silahına malik ola bilməz - Tramp


08.06.2018  15:19 

Azərbaycan BMT-nin Komitəsinə üzv seçildi





A+  A-

İyunun 7-də Nyu-York şəhərində BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiyaya tərəf dövlətlərin 20-ci iclası zamanı BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması üzrə Komitəsinin (CEDAW) üzvlüyünə seçkilər keçirilib.
Nazirlikdən XəzərNews.az-a verilən məlumata görə, Azərbaycan Xarici İşlər Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyinin apardığı təbliğat-təşviqat fəaliyyəti nəticəsində Azərbaycanın namizədi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi 143 dövlətin səsini əldə edərək 2019-2022-ci illər üzrə Komitəyə üzv seçilib.

Komitədə mövcud olan 12 vakant yerə 16 dövlətin nümayəndəsinin namizədliyi irəli sürülmüşdü (Azərbaycan, Peru, Yaponiya, Səudiyyə Ərəbistanı Krallığı, Bəhreyn Krallığı, Əlcəzair, Monteneqro, Misir, Gürcüstan, Mavriki Respublikası, İspaniya Krallığı, Trinidad və Tobaqo, Bolqarıstan, Toqo, Əfqanıstan və Burkina Faso).

Seçilmək üçün Konvensiyaya üzv dövlətlərin ən azı üçdə ikisinin, yəni 126 dövlətin səsi tələb olunduğu halda Azərbaycan Respublikasının namizədinə 143 dövlət səs verib.

Komitənin üzvləri qadın hüquqları sahəsində ixtisaslaşan və Konvensiyanın tərəf dövlətləri tərəfindən gizli səsvermə yolu ilə 4 illik müddətə seçilən 23 müstəqil ekspertdən ibarətdir.

Azərbaycan Respublikasının namizədini dəstəkləyən bütün üzv dövlətlərə təşəkkürümüzü ifadə edirik. Azərbaycan Respublikasının namizədinin böyük səs çoxluğu ilə sözügedən komitəyə seçilməsi üzv dövlətlər tərəfindən ölkəmizə olan yüksək etimadın göstəricisidir.

Komitəyə Azərbaycanla bərabər nümayəndələri seçilmiş Peru, Yaponiya, Səudiyyə Ərəbistanı Krallığı, Əlcəzair, Misir, Gürcüstan, Mavriki Respublikası, İspaniya Krallığı, Trinidad və Tobaqo, Bolqarıstan və Burkina Fasonu təbrik edirik.

BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması üzrə Komitəsi Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması üzrə Konvensiyanın yerinə yetirilməsi vəziyyətinin monitorinqini həyata keçirir.

Xəbər 1854 dəfə oxunub.




15.05.2025  11:12 

Axşam Bakıda leysan olacaq

15.05.2025  10:12 

Şahdağa qar yağıb

14.05.2025  17:33 

Ankara UNESCO Siyahısında

14.05.2025  16:52 

Gənclərə mühüm platforma


BÜTÜN XƏBƏRLƏR +