Zəngəzur dəhlizinin arxasında ABŞ və NATO dayanıb?
Prezident İldırım Vəliyevlə bağlı sərəncam İMZALADI
Şəkidə TIR yandı
İlham Əliyev Trampa başsağlığı verdi
Prezident onlara rütbələr verdi
Fərid Abuşov işdən çıxarıldı
Özgür Özəlin toxunulmazlığı ləğv edilə bilər
İranda ölənlərin sayı 1060 nəfərə çatıb
Basketbol millimiz İslandiyanı məğlub etdi
Mingəçevir İcra Hakimiyyətində FACİƏ


15.12.2023  12:28 

“Pul üçün uşaqların sağlamlığı ilə oynayır“ - Şikayət





A+  A-

"İnternational Medical Center pul üçün uşaqların sağlamlığı ilə oynayır".

Xəzərnews.az xəbər verir ki, bu iddia ilə Haldun Novruzzadə adlı şəxs sosial şəbəkədə çıxış edib.

"Dostum Ehtiram Həsənov sentyabr ayında yoldaşını doğum üçün Bakıda yerləşən International Medical Centerə aparıb. Uşaq normal anadan olub, hər şey əla. Səhəri gəliblər ki, bəs uşağınızın ciyəri açılmır, depozit qoyun, müalicə edək. Bərbər işləyən ata borc-xərc edib 2000 manata yaxın depozit qoyub. Sonra bir də depozit istəyəndə deyib ki, pulum yoxdu. Uşağı çıxarıb ayrı xəstəxanaya aparıb", - deyə H.Novruzzadə bildirib.
Onun sözlərinə görə, Ehtiram Həsənov 2 ay sonra uşağın doğum haqqında şəhadətnaməsini almaq üçün İnternational Medical Center-ə müraciət edib:

"Ona deyiblər ki, sənin 1600 manat verəcəyin var. Ehtiram Həsənov etiraz edib. Deyib ki mən çıxanda heç nə deməmisiniz. Həm də qəbz tələb edib, amma heç nə verə bilməyiblər. İnternational Medical Center-in direktoru Əli Əsgərovla görüşüb. O, valideynə deyib ki, 1000 manat ver şəhadətnaməni verim, yoxsa kimə istəyirsən, şikayət elə, verən deyiləm".

H.Novruzzadə daha sonra qeyd edib ki, xəstəxana ilə bağlı Google-da axtar aparıb, orada oxşar ssenari ilə bir necə hadisənin baş verdiyini öyrənib:

"Düşünürəm ki, xəstəxana qəsdən, pul üçün uşaqların sağlamlağı ilə oynayır. Dövlətin verdiyi sənədi “zaloq” saxlamaq qanunsuzdur. Ortada ciddi bir qanunsuzluq var. Səhiyyə və Daxili İşlər Nazirliyindən bu hadisəni araşdırmağı xahiş edirəm"./bakupost.az

Xəbər 6223 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

08.07.2025  17:13 

Şəkidə TIR yandı

08.07.2025  17:00 

Prezident onlara rütbələr verdi

08.07.2025  16:51 

Fərid Abuşov işdən çıxarıldı

08.07.2025  11:02 

Milli Məclisin iclası başladı


BÜTÜN XƏBƏRLƏR +