Qoz infarkt keçirmə riskini 46 faiz azaldır
26 yaşlı qız öz mənzilində döyülərək öldürülüb
Polkovnikin qətlində Nərmin Quliyeva şübhəli bilinir
DTX “Vaqner”çiləri saxladı... - Bakıda
Ukraynanın bərpasına 10 milyard avroluq dəstək...
Ursula fon der Leyenə etimadsızlıq səsverməsi rədd edildi
Azərbaycan XİN-dən Əbu-Dabi görüşü ilə bağlı... - Açıqlama
Məhbusların ailəsini söyən Toliklə bağlı qərar verildi
Ermənistan və Azərbaycanın ortaq düşməni: Kreml
Əbu-Dabi görüşü başa çatdı


22.07.2019  16:23 

Hindistan Aya kosmik missiya göndərdi





A+  A-

Hindistanın Andhra Pradeş ştatındakı “Satiş Dhavan” kosmik mərkəzindən “Çandrayaan-2” kosmik gəmisinin buraxılışı uğurla həyata keçirilib.
XəzərNews.az-ın verdiyi xəbərə görə, bu barədə Hindistan Kosmik Tədqiqatlar Təşkilatı (ISRO) məlumat yayıb.

Planetlərarası stansiyanın buraxılışı avtomatik olaraq “GSLV Mk-III” ağır üç mərhələli raketlərin köməyilə Satiş Cavan adına Kosmik Mərkəzdə baş tutub.

“Çandrrayan-2” missiyası uğurla yekunlaşsa, Hindistan ABŞ, Çin və Sovet İttifaqından sonra Ayın səthinə kosmik aparat göndərən dördüncü ölkə olacaq.

“Çandrayaan-2” kosmik gəmisinin çəkisi 3,8 tondur. O, üç elementdən – Ay orbitçisi, Yerin təbii peykinin səthinə enmək üçün aparat və yürüşçüdən ibarətdir.

Kosmik gəmi Ayın səthindən yuxarıda 100 kilometrlik məsafədə yerləşəcək və onun missiyası iki ay davam edəcək. Ayın səthinə yollanacaq “Vikram” adlanan aparat gəminin əsas hissəsindən ayrılacaq və Yerin təbii peykinin cənub qütbünə enəcək. “Praqyan” (müdrik) adlanan robot yürüşçü isə hərəkətə başlayacaq və 14 gün müddətində burada mineral və kimyəvi nümunələri götürəcək. Bu nümunələr elmi tədqiqatlar üçün Yerə göndəriləcək. Gələn il isə Ayın orbitində qalacaq kosmik gəmi Yerin təbii peykinin yeni xəritəsini çəkəcək və onun atmosferini tədqiq edəcək.

Xəbər 3230 dəfə oxunub.




10.07.2025  13:20 

Hava ilə bağlı XƏBƏRDARLIQ


BÜTÜN XƏBƏRLƏR +