Avropa İttifaqı Gürcüstana VAXT VERDİ - “Bunun nəticələri olacaq”
Cəlilabadda baş vermiş yanğın məhdudlaşdırılıb -YENİLƏNİB
Dövlət qulluqçularının maaşı artırıldı
İrəvan ABŞ səfirinin Zəngəzur təklifini niyə rədd etdi?
Zelenski vətəndaşlıq haqqında qanun imzalayıb
Zirədə zibillər eşşək arabası ilə daşınır? -AÇIQLAMA
Pakistanda fəlakət: Ölənlərin sayı açıqlandı
İstanbulda atışma:Yaralananlar var
Xameneinidən Putinə narazılıq məktubu
İsrail hücum əmri verdi: Bu ölkəni...


23.06.2018  12:41 

Siyəzəndə külli miqdarda narkotik aşkarlandı





A+  A-

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə, alqı-satqısına qarşı mübarizə və kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində uğurlu əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları aşkar edilərək götürülüb.
DİN Mətbuat Xidmətinin Quba regional qrupundan XəzərNews.az-a verilən məlumata görə, iyunun 21-də Siyəzən RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Qara Siyəzən kənd sakini Bədəl Nəzərova məxsuz evin həyətyanı sahədəsində olan yarımçıq tikilidə xüsusi aqrotexniki qaydada qulluq edilmiş küllü miqdarda narkotik xassəli çətənə - Kannabis bitkiləri aşkarlanaraq götürülüb. Hal şahidlərinin iştirakı ilə həyətyanı sahəyə baxış zamanı oradan yaş çəkisi 11 kq təşkil edən hündürlüyü 20-128 sm olan 87 ədəd çətənə kolu və sellofan torbada ümumi çəkisi 400 qram olan qurudulmuş marixuana aşkar olunub.
Götürülmüş maddi sübutlar bioloji ekspertizaya təqdim olunub.
Dindirilmə zamanı həmin şəxs çətənə kollarını aprel ayında əkdidiyini və şəxsi istifadəsi üçün becərdiyini bildirib.
Faktla bağlı Siyəzən RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, araşdırmalar aparılır.

Xəbər 2932 dəfə oxunub.




15.07.2025  20:36 

Amerikalı reper Bakıya gəlir

15.07.2025  18:26 

Moskva su altında qaldı -VİDEO

15.07.2025  16:52 

Ətin qiyməti NİYƏ bahalaşır?


BÜTÜN XƏBƏRLƏR +