Peter Mixalko azərbaycanlıları dəstəklədi
Səfirimiz Rusiya XİN-ə çağırıldı
Bəylər Eyyubovun yerinə Fərid Əsgərov təyin olundu
Bəylər Eyyubov vəzifədən azad edilib
Ərdoğan Azərbaycana səfər edəcək
FTX-nın bu agentlikdə çalışan iki əməkdaşı saxlanılıb - Bakıda
Rusiya Ombudsmanı: Vəziyyət nəzarətdədir
Yekaterinburqda döyülən azərbaycanlılardan biri yeriyə bilmir
Fikrət Məmmədov “Şərəf” ordeni ilə təltif edilib
Rusiya Bakının qəbul etdiyi qərarlardan niyə təəssüflənir?


30.07.2021  19:46 

Gəncə sakinləri “patı”ya görə saxlanıldı





A+  A-

Gəncə Şəhər Baş Polis İdarəsinin (ŞBPİ) Cinayət Axtarışı İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən şəhər sakini Ceyhun Abdullayev saxlanılaraq Baş Polsi İdarəsinə gətirilib.
XəzərNews.az xəbər verir ki, onun üzərinə baxış keçirilən zaman narkotik maddə olan “metamfetamin” aşkar edilərək götürülüb. Dindirilmə zamanı saxlanılan şəxs narkotik maddəni 20 manata Əli adlı şəxsdən aldığını bildirib. Hazırda həmin şəxsin kimliyinin və yerinin müəyyən edilərək istintaqa cəlb edilməsi barədə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

ŞBPİ-ni Kəpəz rayon Polis İdarəsinin əməkdaşlarının da keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik maddə olan “metamfetamin” əldə edib saxlamaqda şübhəli bilinən şəhər sakini Şahid Hüseynov saxlanılıb. Saxlanılan şəxs ifadəsində narkotik maddəni şəxsi sitifadə üçün əldə etdiyini etiraf edib.

Bundan başqa ŞBPİ-nin Nizami rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Musa Əliyev saxlanılıb. Həmin şəxsin üzərindən qanunsuz olaraq narkotik maddə olan “heroin” aşkar edilərək götürülüb.

Aşkar edilən faktlara üzrə Gəncə ŞBPİ-nin İstintaq və Təhqiqat İdarəsində cinayət işləri başlanılıb, faktlarla bağlı araşdırmalar davam etdirilir.

Xəbər 3341 dəfə oxunub.




30.06.2025  12:42 

Sabah hava necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +