Peter Mixalko azərbaycanlıları dəstəklədi
Səfirimiz Rusiya XİN-ə çağırıldı
Bəylər Eyyubovun yerinə Fərid Əsgərov təyin olundu
Bəylər Eyyubov vəzifədən azad edilib
Ərdoğan Azərbaycana səfər edəcək
FTX-nın bu agentlikdə çalışan iki əməkdaşı saxlanılıb - Bakıda
Rusiya Ombudsmanı: Vəziyyət nəzarətdədir
Yekaterinburqda döyülən azərbaycanlılardan biri yeriyə bilmir
Fikrət Məmmədov “Şərəf” ordeni ilə təltif edilib
Rusiya Bakının qəbul etdiyi qərarlardan niyə təəssüflənir?


06.03.2019  17:52 

Müsavat Gənclər Təşkilatının sədri həbsdən azad edildi





A+  A-

Müsavat Gənclər Təşkilatının həbsdə olan sədri Əbülfəz Sadıqlıya hökm oxunub.
XəzərNews.az xəbər verir ki, hökmə əsasən, Ə. Sadıqlı barəsində seçilmiş həbs qətimkan tədbiri 1 il 6 ay müddətinə polisin nəzarətinə verilmə qətimkan tədbiri ilə əvəz edilib. O, məhkəmə iclas zalından azadlığa buraxılıb.

Digər təqsirləndirilən şəxs barəsində də eyni cəza tətbiq edilib.

Qeyd edək ki, Ə. Sadıqlı 2018-ci ilin noyabrında həbs edilib. Gənc fəala dələduzluq və saxta sənəd hazırlayıb ondan istifadə etmək ittihamı verilib.

İttihama görə, Ə. Sadıqlı yol polisinə "Nikoyl” bankının krediti ilə aldığı "Niva” markalı avtomobilə görə borclu qaldığı 5 min 100 manatın ödənməsi barədə saxta arayış təqdim edərək maşını öz mülkiyyətinə keçirib, daha sonra satıb.

Xəbər 2804 dəfə oxunub.




30.06.2025  12:42 

Sabah hava necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +