Peter Mixalko azərbaycanlıları dəstəklədi
Səfirimiz Rusiya XİN-ə çağırıldı
Bəylər Eyyubovun yerinə Fərid Əsgərov təyin olundu
Bəylər Eyyubov vəzifədən azad edilib
Ərdoğan Azərbaycana səfər edəcək
FTX-nın bu agentlikdə çalışan iki əməkdaşı saxlanılıb - Bakıda
Rusiya Ombudsmanı: Vəziyyət nəzarətdədir
Yekaterinburqda döyülən azərbaycanlılardan biri yeriyə bilmir
Fikrət Məmmədov “Şərəf” ordeni ilə təltif edilib
Rusiya Bakının qəbul etdiyi qərarlardan niyə təəssüflənir?


22.01.2019  17:42 

Bakıda 45 gündə qanunsuz parklanmaya görə 53 min protokol yazılıb





A+  A-

Bakı Nəqliyyat Agentliyi 1 ay yarım ərzində qanunsuz parklanma ilə bağlı 53 mindən artıq protokol tərtib edib.
XəzərNews.az-ın məlumatına görə, bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) sədri Vüsal Kərimli deyib.

Onun sözlərinə görə, küçələrdə qanunsuz parklanmalar biabırçı vəziyyət yaradıb:

"Bakıda 35 qapalı parklanma yeri olduğu halda sürücülər avtomobilləri küçələrdə qanunsuz park edirlər. Məsələn, Qış parkında qapalı park olduğu halda, sürücülər həmin parkın yanındakı küçədə avtomobilləri qanunsuz park edirlər. Bizim məqsədimiz vətəndaşları incitmək deyil, vətəndaşların təhlükəsiz və rahat hərəkətini təmin etməkdir. Tıxaclar vətəndaşların rahatlığını pozur, əsəblərinə təsir edir".

V.Kərimli qeyd edib ki, Agentliyin məqsədi bu cür hallarin qarşısını almaqdır.

Xəbər 2766 dəfə oxunub.




30.06.2025  12:42 

Sabah hava necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +