Peter Mixalko azərbaycanlıları dəstəklədi
Səfirimiz Rusiya XİN-ə çağırıldı
Bəylər Eyyubovun yerinə Fərid Əsgərov təyin olundu
Bəylər Eyyubov vəzifədən azad edilib
Ərdoğan Azərbaycana səfər edəcək
FTX-nın bu agentlikdə çalışan iki əməkdaşı saxlanılıb - Bakıda
Rusiya Ombudsmanı: Vəziyyət nəzarətdədir
Yekaterinburqda döyülən azərbaycanlılardan biri yeriyə bilmir
Fikrət Məmmədov “Şərəf” ordeni ilə təltif edilib
Rusiya Bakının qəbul etdiyi qərarlardan niyə təəssüflənir?


03.05.2018  13:24 

Azərbaycanda gözün buynuz qişasının əməliyyatları başlayıb





A+  A-

Gözün buynuz qişasının Azərbaycana gətirilməsinə və pasiyentlərin əməliyyat edilməsinə artıq başlanılıb.
XəzərNews.az-ın məlumatına görə, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov komitənin bu gün keçirilən iclasında deyib.

Ə.Əmiraslanov vurğulayıb ki, bu əməliyyatın hansı klinika tərəfindən icra olunmasına müvafiq icra hakimiyəti orqanı icazə verir və əməliyyatın hansı həkimlər tərəfindən icra edilməsi müəyyən edilir:

“Ola bilər, hansısa klinikalara bu əməliyyatı icra etmək icazəsi verilməyib, ancaq Azərbaycanda bu əməliyyat artıq həyata keçirilir”.

Deputat Musa Quliyev isə bildirib ki, gözün buynuz qişasının Azərbaycanda gətirilməsi üçün heç bir əngəl qalmayıb, bununla bağlı lazımi qanunvericilik bazası yaradılıb:

“Təbii ki, hər kəs bunu gətirə bilməz, ancaq qanunvericilik çərçivəsində bu işi həyata keçirmək üçün heç bir əngəl qalmayıb”.

Qeyd edək ki, bir müddət öncə Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin aparıcı elmi işçisi Fərəh Abduləliyeva bildirmişdi ki, yaxın bir neçə həftədə Azərbaycanda xəstələrə gözün buynuz qişasının transplantasiyasına başlanılacaq:

"Mərkəzdə 3000-dən çox xəstə gözün buynuz qişasının köçürülməsi üçün qeydiyyatdadır. Gözün buynuz qişalarının İran, ABŞ və Rusiyadan gətirilməsi nəzərdə tutulur. Əməliyyat Milli Oftalmologiya Mərkəzində icra olunacaq".

Xəbər 2873 dəfə oxunub.




30.06.2025  12:42 

Sabah hava necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +