Peter Mixalko azərbaycanlıları dəstəklədi
Səfirimiz Rusiya XİN-ə çağırıldı
Bəylər Eyyubovun yerinə Fərid Əsgərov təyin olundu
Bəylər Eyyubov vəzifədən azad edilib
Ərdoğan Azərbaycana səfər edəcək
FTX-nın bu agentlikdə çalışan iki əməkdaşı saxlanılıb - Bakıda
Rusiya Ombudsmanı: Vəziyyət nəzarətdədir
Yekaterinburqda döyülən azərbaycanlılardan biri yeriyə bilmir
Fikrət Məmmədov “Şərəf” ordeni ilə təltif edilib
Rusiya Bakının qəbul etdiyi qərarlardan niyə təəssüflənir?


13.04.2018  10:27 

Meyiti tapılan operatoru “Şah petrol”un sahibi öldürtdürüb?





A+  A-

Yaxınları: “Biz Balabəyin ölümündə işlədiyi YDM-in sahibindən şübhələnirik” Bu il martın 31-də itkin düşən Xəzər rayonu, Türkan qəsəbə sakini 1996-cı il təvəllüdlü Balabəy Azər oğlu Balabəyovun meyiti aşkarlanlıb.
XəzərNews.az bildirir ki, bu haqda “Yeni Müsavat”a mərhumun qohumu Vüqar Əmirov məlumat verib. Bildirib ki, Balabəy Balabəyovun meyiti Bakı bulvarının ərazisində, dənizdə aşkar olunub.

“Biz Balabəyin ölümündə işlədiyi məntəqinin sahibindən şübhələnirik. Bəlkə də onu öldürüb meyitini dənizə atıblar”, - deyə Vüqar Əmirov bildirib.

Balabəy Balabəyov martın 31-də evdən çıxaraq operator vəzifəsində çalışdığı Xətai rayonu, Günəşli qəsəbəsində yerləşən “Şah petrol” yanacaqdoldurma məntəqəsinə (YDM) iş yerinə getmişdi. B.Balabəyov itkin düşən gündən sonra onun yaxınları, valideynləri itkin düşməsində YDM sahibini günahkar bilirlər. Onların bir neçə gün əvvəl qəzetimizə verdikləri açıqlamadan sitat:

“Balabəyin atası Azər Balabəyov Xətai Rayon Polis İdarəsinin 35-ci polis bölməsində ərizə yazdı, göstərdi ki, Balabəyin itkin düşməsində günahkar Vidadi müəllimdir. Vidadi müəllim YDM-in sahibidir. Ora bir neçə mətbuat nümayəndəsi gedəndən sonra bizə yanacaqdoldurma məntəqəsindən zəng edib dedilər ki, gəlin kameralara baxın. Halbuki biz hadisə olan günü yanacaqdoldurma məntəqəsinin sahibi Vidadi müəllimlə görüşmüşdük. Ona dedik ki, imkan ver, şərait yarat, kameraların yaddaşındakı görüntülərə baxaq. İmkan vermədi. Bu müddətdə kameraların yaddaşını silə bilərdilər. Bizə Balabəy iş yerindən itkin düşən gün niyə kameraların yaddaşını göstərmədilər?”

Bunu itkin düşən Balabəy Balabəyovun yaxın qohumu Vüqar Əmirov demişdi.

Xəbər 4396 dəfə oxunub.




30.06.2025  12:42 

Sabah hava necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +