Peter Mixalko azərbaycanlıları dəstəklədi
Səfirimiz Rusiya XİN-ə çağırıldı
Bəylər Eyyubovun yerinə Fərid Əsgərov təyin olundu
Bəylər Eyyubov vəzifədən azad edilib
Ərdoğan Azərbaycana səfər edəcək
FTX-nın bu agentlikdə çalışan iki əməkdaşı saxlanılıb - Bakıda
Rusiya Ombudsmanı: Vəziyyət nəzarətdədir
Yekaterinburqda döyülən azərbaycanlılardan biri yeriyə bilmir
Fikrət Məmmədov “Şərəf” ordeni ilə təltif edilib
Rusiya Bakının qəbul etdiyi qərarlardan niyə təəssüflənir?


07.04.2017  14:53 

Azərbaycanlı sahibkar Ermənistana “Karabax“ pomidorları satır





A+  A-

Ermənistanda Türkiyədən gətirilən pomidorlar satılır.
XəzərNews.az xəbər verir ki, Modern.az saytının erməni mənbələrinə istinadən verdiyi məlumata görə, həmin pomidor qutularının üzərində "Karabax” yazılması isə diqqət çəkib.

Bu, Ermənistanda narazılığa səbəb olub. Bəzi erməni şirkətləri sözügedən ixracın yerli istehsala mane olduğunu iddia ediblər. Eyni zamanda pomidor qutularının üzərində "Karabax" yazılması da erməniləri hiddətləndirib.

Məlum olub ki, Ermənistana pomidor ixrac edən şirkətin adı "Sahtu Tarım Ürünleri" Antalyada fəaliyyət göstərir.

Məlumata görə, bu şirkət ailə biznesi çərçivəsində fəaliyyət göstərir. Şirkətin sahibləri Sevda adlı azərbaycanlı və onun türk həyat yoldaşıdır.

Sevda bildirib ki, onların şirkəti Gürcüstan, Ukrayna və Azərbaycana kənd təsərrüfatı malları ixrac edir.
O, qutuların üzərində rusca "Karabax” yazılması məsələsinə də aydınlıq gətirib:

""Karabax” adı şirkətin əmtəə nişanıdır. Yazının rusca olması isə ona görədir ki, ixracatın əsas hissəsi postsovet məkanının bir neçə ölkəsinə həyta keçirilir. O ölkələrdə yaşayan əhalinin çoxu isə rus dilini bilir”.

Qeyd edib ki, onların ixrac etdiyi kənd təsərrüfatı məhsullarının Ermənistana daşınması üçün Gürcüstan vasitəçi ərazi qismində olmağı təklif edib.

Xəbər 3022 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

30.06.2025  12:42 

Sabah hava necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +