Ukrayna Türkiyədə casus şəbəkəsi yaradıb
İlham Əliyevlə Məsud Pezeşkianın görüşü olub
Soçidə azərbaycanlı qadın saxlanıldı
İlham Əliyev Ərdoğanla görüşdü
“Moskva bölgədə nüfuzunu itirir” - Türk ekspert
Binəqədidə çirkab suları küçəyə axır - Foto
Ticarət Sazişi nəzərdən keçirilməlidir - Pezeşkian
Xankəndi sülh mərkəzi olacaq - Ərdoğan
Diqqət: Şəxsiyyət vəsiqələri dəyişir
Əliyev Pezeşkianı belə qarşıladı


13.03.2017  11:54 

Yaralı tələbələrlə bağlı nazirlikdən açıqlama





A+  A-

Keçən həftə Bakı-Sumqayıt yolunda baş verən qəzada yaralanan tələbələrdən hazırda 9-u xəstəxanada müalicələrini davam etdirir.
XəzərNews.az-ın xəbərinə görə, bu barədə azvision.az-a Səhiyyə Nazirliyinin əməkdaşı Səfayə Əhmədova məlumat verib. Nazirlik rəsmisi bildirib ki, hazırda Sumqayıt Şəhər Xəstəxanasında 5 tələbə müayinə olunur.

“Sumqayıtda olan tələblərdən ikisi Kliniki Tibbi Mərkəzə köçürülüb. Onların üz-çənə nahiyyəsində əməliyyat aparılacaq. Kliniki Tibbi Mərkəzdə yaralı tələbələrin sayı 4, Sumqayıtdakı Xəstəxanada olan yaralı tələbələrin sayı isə 5-dir. Onların vəziyyətləri stabildir”.

Qeyd edək ki, martın 9-da səhər saatlarında Bakı-Sumqayıt yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Yüksək sürətlə hərəkət edən “Ford-Tranzit” markalı sərnişin mikroavtobusu əvvəlcə yük maşını ilə toqquşub, sonra dəmir manelərə dəyib. Qəza zamanı mikroavtobusda 28 tələbə olub. Onlardan 6-ı dünyasını dəyişib.

Xəbər 3659 dəfə oxunub.




04.07.2025  12:11 

Ərdoğan Azərbaycana gəldi

04.07.2025  11:35 

Rusiya Kiyevə hücum edib

04.07.2025  11:17 

Əliyev Trampı təbrik etdi


BÜTÜN XƏBƏRLƏR +