Rusiya mediasından Azərbaycana qarşı TƏXRİBAT
“PulPal” “Mpay”də qanun pozuntuları aşkarlanıb
Təhsil Tələbə Kreditini almaq niyə əlçatmaz olub?
Daha bir məktəb direktorunun səs yazısı yayıldı
Nazirlik Mehdiyevlərin şirkətilə 288 min manatlıq müqavilə imzaladı
Qubada həll olunmayan yol problemi
Kəlbəcərdə yaralanan jurnalist məhkəmədə ifadə verdi
“Səhər 9-da xəstəxanada olsaq da, növbəmiz 1780-ci idi...
Kosmetoloq jurnalisti məhkəməyə verdi
Rusiya Azərbaycan diaspor rəhbərini niyə axtarışa verib?


27.09.2021  16:48 

“Ərazi bütövlüyümüzə qarşı hörmətsizlikdir” - Prezidentdən İran yük maşınları ilə bağlı sərt mövqe





A+  A-

“İranın yük maşınlarının qanunsuz olaraq Qarabağ bölgəsinə getməsi ilk dəfə deyil. Bu, işğal dövründə də dəfələrcə baş verən hadisədir. Bu yük maşınları müntəzəm şəkildə ora gedirdi. Bizim məlumatımız vardı. Əlbəttə ki, indiki kimi dəqiq məlumatımız yox idi. Bunu nəzərə alaraq, narazılığımızı müxtəlif kanallarla İran tərəfinə bildirirdik. Lakin bu müddət davam edirdi”.
XəzərNews xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin “Anadolu” agentliyinə verdiyi müsahibəsi zamanı deyib.

Prezident bildirib ki, müharibə bitdikdən sonra artıq Laçın dəhlizi bizim gözümüzün önündədir: “Hərbi mövqelərimizdən Xankəndinə gedən yola qədər olan məsafə bəlkə də 5-6 metr təşkil edir. Laçın dəhlizi boyunca, eləcə də Şuşa ətrafında və digər bölgələrdə kifayət qədər texniki imkanlara sahibik. Kameralar var. Peykdən, dronlardan istifadə edirik. Gördük ki, yük maşınları müharibədən sonra da ora getməyə davam edir. Belə olan halda Prezident Administrasiyasının işçilərinə İranın Azərbaycandakı səfiri ilə danışmaqla bağlı göstəriş verdim. Bunu rəsmi etmək istəmirik. Dostca danışsınlar və buna son qoymaq lazım gəldiyini desinlər. Bu bizə qarşı, Azərbaycanın ərazi bütövlüyünə qarşı hörmətsizlikdir. Buna son qoyulmalıdır”.

İlham Əliyevin sözlərinə görə, bu söhbət səhv etmirəmsə iyul ayında oldu: “Bundan sonra, əlbəttə ki, bu məsələni izləməyə başladıq və hər ayın əvvəlində nə qədər yük maşınının çıxdığını, neçə maşının girdiyini, nə gətirdiyini, nə götürdüyü barədə bizdə məlumat olur. Avtomobillərin nömrələrinə qədər bizdə bütün məlumatlar var. Bu mediada da işıqlandırıldı. Lakin onlar nə etdilər? İran yük maşınlarına erməni maşın nömrələri yapışdırmağa çalışdırlar. Belə bir saxtakarlığa da əl atdılar. Bizi aldatmağa çalışdılar. O qədər bacarıqsız bir iş gördülər ki, maşının üstündəki tankerdə farsca yazılar, aşağıda isə erməni nömrələri vardı. Onu da qeyd edim ki, eyni nömrələri bir neçə maşının üzərinə də yapışdırmışdılar. Bu iş çox nizamsız edilmişdi. Bu isə onu göstərir ki, bu işi davam etdirmək, lakin üstünü örtmək istəyirlər. Belə olduqda, bir aydan sonra biz artıq rəsmi üsulla diplomatik nota verdik, İranın Azərbaycandakı səfiri Xarici işlər Nazirliyinə dəvət edildi. Şikayətlərimiz ona bildirildi və bu vəziyyətə son qoyulması xahiş edildi. Bu avqust ayının ortalarında baş verib. Buna son qoyulacağına ümid edirdik. Lakin, avqustun 11-dən sentyabrın 11-i arasında 60-a yaxın İran yük maşını qanunsuz şəkildə Qarabağa hərəkət etdi. Bunun qarşısını almaq üçün artıq praktik addımlara keçdik. Davranışlarımız və hərəkətlərimiz məsuliyyətə sahibdir və dostluq münasibətlərinə əsaslanır. İlk dəfə şifahi xəbərdarlıq, ikinci dəfə rəsmi qeyd, üçüncü dəfə yoxlama məntəqələri, gömrük, sərhəd, polis. Beləliklə, biz Azərbaycan ərazisindən keçən yola nəzarət etməyə başladıq və bunun ardınca Qarabağa gedən yük maşınlarının sayı sıfıra endi. Məsələni bura qədər gətirmək lazım idi? Orada, rus sülhməramlılarının nəzarətindəki Qarabağ bölgəsində ümumi 25 min insan yaşayır. Bu bazar bu qədərmi önəmlidir? Bu ticarət dost və qardaş olaraq gördüyün ölkəyə açıqca hörmətsizlik edəcək qədərmi önəmlidir? Təbii ki, biz beynəlxalq konvensiyalar və beynəlxalq hüquqla müəyyən edilmiş bütün imkanlardan istifadə etmişik. Bəziləri deyir ki, sadəcə İran maşınlarından gömrük vergisi alırıq. Biz xarici ölkəyə getdikdə gömrük vergisi ödəyirik. Onlar da Azərbaycan torpaqlarından istifadə edirsə vergi ödəməlidir”, - deyə Prezident vurğulayıb.

Xəbər 3713 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

31.07.2025  17:47 

Füzulidə ağır qəza baş verib

31.07.2025  15:58 

Sabiq prokuror vəfat etdi

31.07.2025  14:44 

Bu ərazilərdə işıq kəsiləcək

31.07.2025  14:33 

Qubada həll olunmayan yol problemi

31.07.2025  13:50 

İlham Əliyev sərəncam imzaladı

31.07.2025  12:17 

Sabah 41 dərəcə isti olacaq


BÜTÜN XƏBƏRLƏR +