Dövlətə məxsus parkinq binasını kim özəlləşdirib?
Generalın qızı hökuməti ittiham etdi
Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video


16.05.2022  19:25 

Sabiq başçı əmlaklarını geri istəyir - Şikayət





A+  A-

11 il müddətinə azadlıqdan məhrum edilmiş Biləsuvarın keçmiş icra başçısı Mahir Quliyev barəsindəki hökmdən narazıdır.

Onun vəkili Ceyhun Yusifov qərardan apellyasiya şikayəti verib. Müdafiəçi Şirvan Apellyasiya Məhkəməsinə təqdim etdiyi ərizədə sabiq başçıya bəraət verilməsini və müsadirə olunmuş əmlaklarının özünə qaytarılmasını istəyib.

Qeyd edək ki, Mahir Quliyev 2011-2020-ci illərdə Biləsuvarın icra başçısı işləyib. 2020-ci il aprelin 29-da DTX-nin keçirdiyi əməliyyatla saxlanılıb. O, mənimsəmə və isriaf etmə, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, rüşvət alma və vəzifə saxtakarlığında ittiham olunub. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il müddətə azadlıqdan məhrum edilib, əmlakları müsadirə olunub. Biləsuvar RİH-ə vurduğu 3,2 milyon manat və DOST mərkəzinə dəymiş 125 min manatlıq mülki iddianın ödənilməsi ilə bağlı qərar çıxarılıb./“Qafqazinfo”

Xəbər 4024 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +