Dövlətə məxsus parkinq binasını kim özəlləşdirib?
Generalın qızı hökuməti ittiham etdi
Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video


29.12.2020  15:43 

Azərbaycan Türkiyə ilə eyni vaxtda vaksinasiyaya başlayacaq





A+  A-

Azərbaycanda koronavirusa qarşı peyvəndlənmə yanvar ayının əvvəlində başlayacaq.
XəzərNews.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə TƏBİB sədri Ramin Bayramlı məlumat verib.

Qeyd olunub ki, Azərbaycan və Türkiyə vətəndaşlarına eyni vaxtda peyvənd tətbiq olunacaq.

TƏBİB rəhbəri koronavirusla mübarizə protokolları və tətbiqləri ilə əlaqədar araşdırmalara başladıqlarını ifadə edib:

“Mart ayında Türkiyədə olduq. Oradan qayıdan zaman protokol və tətbiqləri aldıq və işimizi davam etdiririk. Türk alimləri tərəfindən tapılan peyvəndlər də var. İndi 2-ci mərhələyə keçmək üzrədirlər. Bu mövzuda Türkiyə Elm Şurası ilə çox yaxın əlaqələrimiz var. Onların qərarlarını izləyirik. Vaksinin Türkiyə tərəfindən seçildiyinə əminik. Eyni peyvənddən almağa qərar verdik. Bu mövzuda da razılaşmalar edildi. Hər sahədə olduğu kimi pandemiya ilə mübarizədə də qardaş Türkiyə ilə bir yola çıxacağıq. Türkiyə və Azərbaycan vətəndaşları eyni zamanda peyvəndlənməyə başlayacaq. Ölkəmizdə vaksinasiya yanvar ayının əvvəlindən başlayacaq”.

Ramin Bayramlı Azərbaycanda koronavirus peyvəndinin pulsuz tətbiq ediləcəyini açıqlayıb.

Qeyd edək ki, Çin istehsalı olan “Sinovac” peyvəndi dekabrın 30-da İstanbula, 31-də isə Ankaraya çatdırılacaq.

Xəbər 2988 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +