Dövlətə məxsus parkinq binasını kim özəlləşdirib?
Generalın qızı hökuməti ittiham etdi
Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video


27.12.2019  22:17 

DİN və SOCAR-dan neft məhsulunu dənizə axıdanlarla bağlı - Açıqlama





A+  A-

“Neft Daşları” Neft və Qazçıxarma İdarəsinin ərazisində dənizə neft axıdılmasını əks etdirən videonun sosial şəbəkələrdə yayılması ilə əlaqədar “Azneft” İstehsalat Birliyi DİN NBPİ-nin Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşlarının iştirakı ilə birgə araşdırma aparılıb.
XəzərNews.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) və SOCAR-ın Mətbuat xidmətlərinin yaydığı birgə məlumatda bildirilir.

Keçirilən tədbirlər nəticəsində neft məhsulunu dənizə axıdan və bunu çəkərək sosial şəbəkədə paylaşan şəxslər müəyyən ediliblər. İlkin dindirmə zamanı onlar bu hərəkətlərini etiraf ediblər. Dənizə neftin axıdılmasına yol verməklə ətraf mühiti çirkləndirən əməkdaşlar barədə SOCAR tərəfindən müvafiq inzibati tədbirlər görüləcək.

Hazırda DİN NBPİ-nin Su nəqliyyatında Polis İdarəsində müvafiq araşdırmalar aparılır.

Xəbər 3923 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +