Dövlətə məxsus parkinq binasını kim özəlləşdirib?
Generalın qızı hökuməti ittiham etdi
Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video


08.02.2017  11:25 

Azərbaycan Lapşin üçün vəkil təyin etdi - AÇIQLAMA





A+  A-

 

Azərbaycanın ərazi bütövlüyünün parçalanmasına açıq çağırışlar etməkdə təqsirləndirilərək həbs edilən və dünən ölkəmizə ekstradisiya olunan israil əsilli blogger Aleksandr Lapşinin cinayət işi üzrə bəzi məlumatlar bəlli olub.

Məlumata görə, A.Lapşin barəsində cinayət işinin istntaqını Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İstintaq İdarəsi tərəfindən aparılır. 2016-cı il iyulun 1-də baş prokurorun birinci müavini Rüstəm Usubovun təqdimatı əsasında Nəsimi rayon məhkəməsinin hakimi Şəlalə Həsənovanın qərarı ilə A.Lapşin barəsində axtarışa verilməklə qiyabi həbs qətimkan tədbiri seçilib.

A.Lapşinə Azərbaycan dövləti tərəfindən vəkil təyin olunub. Vəkil Səfər Hüseynov onun müdafiəçisi olub. Bu gün isə S.Hüseynov A.Lapşinə təqdim ediləcək. Blogger Azərbaycan dövləti tərəfindən təyin olunan vəkildən imtina da edə bilər, razılaşıb müqavilə də bağlaya bilər.

S.Hüseynov “Qafqazinfo”ya açıqlamasında bunu təsdiqləyib və bildirib ki, hələ ki A.Lapşinlə görüşməyib: “Onunla görüşəcəyəm. Hazırda harada saxlanılmasını bilmirəm. Başqa bir məlumatım yoxdur. Lapşinin işi ilə bağlı hələ heç nə bilmirəm. Bundan sonra yenə onun vəkili kimi təyin olunub-olmayacağımı da bilmirəm”.

(qafqazinfo.az)

 



Xəbər 3217 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +