Dövlətə məxsus parkinq binasını kim özəlləşdirib?
Generalın qızı hökuməti ittiham etdi
Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video


02.07.2025  10:59 

Yekaterinburqdakı hadisələrlə bağlı Rusiya qurumlarına tapşırıq göndərmişik...





A+  A-

“Yekaterinburqda azərbaycanlıların öldürülməsi ilə bağlı hazırki tarixə qədər bizim istintaq qurumuna Rusiyanın səlahiyyətli orqanlarından hər hansı beynəlxalq tapşırıq və məlumat göndərilməyib”.

XəzərNews.az xəbər verir ki, bunu Baş Prokurorluğun İstintaq idarəsinin rəisi Nemət Əvəzov bu gün keçirilən brifinqdə deyib.

“Amma ölüm faktı varsa, bu fakt əməliyyat-axtarış fəaliyyətini həyata keçirən dövlət qurumunun binasında və yaxud onun avtomobilində qeydə alınıbsa, bu mütləq araşdırılmalı hadisədir. Meyitlərlə bağlı Rusiyada müvafiq ekspertizalar keçirilib, bu da onu göstərir ki, Rusiyadakı həmkarlarımız da artıq araşdırmaya başlayıb. Əməliyyat qurumlarının səlahiyyətli şəxsi tərəfindən belə zorakılığın tətbiqi nəticəsində hər hansı bir şəxs işgəncələrə məruz qalıb öldürülürsə, bu, xüsusilə ağır cinayətdir. Biz bununla bağlı ilkin dəlilləri, sübutları 2002-ci il Konvensiyasının tələblərinə uyğun olaraq, Rusiyanın aidiyyəti qurumlarına tapşırıq göndərmişik. Həmin tapşırıqda da biz Rusiyanın səlahiyyətli orqanlarından müvafiq istintaq hərəkətlərinin aparılmasını, materialların təqdim edilməsini, müvafiq ekspertizaların aparılmasını, sənədlərin toplanmasını, baxışların keçirilməsini xahiş etmişik. Rusiya da həmin Konvensiyaya qoşulub. Ümid edirik ki, Konvensiyanın tələblərinə uyğun olaraq, çox yaxın vaxtlarda Rusiyalı həmkarlarımız tərəfindən daha sürətli istintaq və araşdırma hərəkətlərinə başlanılacaq. Törədilmiş cinayətin obyektiv istintaqının aparılması və bütün təqsirli şəxslərin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb olunması üçün qarşılıqlı təmas yaradılaraq səylərimizi davam etidirəcəyik . Ümid edirik bütün təqsirli şəxslər cinayət məsuliyyətinə cəlb ediləcək”.

Xəbər 365 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +