Sankt-Peterburqda Azərbaycan konsulluğu qarşısında təxribat
Əliyev-Putin görüşü ola bilərmi? - Peskovdan açıqlama
Sabiq deputat FHN-ni ittiham etdi
Nöqsana görə işdən çıxardığı polkovniki rəis təyin etdi
Tramp Lavrovu “boşboğaz” adlandırıb
Texasda ifrat sağçı namizəd Quranı yandırdı
Netanyahu “erməni soyqırımı“nı tanıdı
Sabah Azərbaycanda 39 dərəcə isti olacağı gözlənilir
Tramp Nobel Mükafatına ən yaxşı namizəddir - Vitkoff
Zaxarova: Qərb Zelenskiyə öz pulundan istifadə edərək...


07.02.2025  17:55 

Oleq Bakinskinin vəsatəti təmin edilmədi - MƏHKƏMƏ





A+  A-

Bakıda həbs olunan ukraynalı milyonçu Oleq Krapivinin (Oleq Bakinski) və onunla birgə mühakimə edilən Kuçer Konstantin Antonoviçin məhkəmə araşdırması davam edir.

XəzərNews.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsindəki bugünkü iclasda ittiham tərəfinin şahidləri dindirilib.

Məlumat üçün deyək ki, Oleq Bakinski xuliqanlıqda, Kuçer Konstantin Antonoviç isə xuliqanlıqdan əlavə xüsusilə külli miqdarda dələduzluqda ittiham edilir. Sonuncu əvvəllər Ukraynada müdafiə sənayesi nazirinin müavini işləyib. Təqsirləndirilən şəxslərin birgə ittihamı bir nəfəri silah qismində istifadə edilən əşya ilə döymələri ilə bağlıdır. Onlar isə özlərini təqsirli bilmirlər.

Əvvəlcə Oleq Bakinskinin vəkili onun ev dustaqlığına buraxılması barədə vəsatət qaldırıb: “Həbsindən əvvəl müvəkkilimin səhhətində problem var idi. İndi yenidən xəstəliyi baş qaldırıb. Bundan əlavə, şəxsin bəlli yaşayış yeri var, ittiham edildiyi maddə də xüsusilə ağır cinayət deyil. Bütün bu səbəblərdən vəsatət təmin edilməlidir”.

Oleq Bakinski özü də həbsdə saxlanılmasından narazılıq edib: “7 aydır Kürdəxanıda oturmuşam. Ortada ciddi bir məsələ də yoxdur. 25 yaşımda deyiləm ki, deyim bir az da qalım”.

Məhkəmə vəsatəti təmin etməyib.

Prosesin davamında prokuror təqsirləndirilən Kuçer Konstantin Antonoviçi sorğu-sual edib.

Təqsirləndirilən əvvəlcə dələduzluq epizodu ilə bağlı danışıb. Deyib ki, onun zərərçəkmiş şirkətlərlə mülki aviasiya avadanlıqlarının alqı-satqısı ilə bağlı müqaviləsi olub. Sonuncu müqaviləyə görə Ukrayna və digər ölkələrdən gələn avadanlıqlar Hindistana göndərilməli imiş. Bunun üçün də 4 milyon manata yaxın pul “Günay Bank”dakı hesablara köçürülüb. Həmib bank müflisləşdiyi üçün pullar batıb. Buna baxmayaraq, 2 milyon yarımlıq sifariş icra edilib.

Müttəhim xuliqanlıq epizodu ilə bağlı sualı cavablayarkən hadisə baş verən gün görüşü Azərbaycan Karate Federasiyasının (AKF) vitse-prezidenti Füzuli Musayevin təşkil etdiyini deyib. Amma Musayev özü danışıqlarda iştirak etməyib, münaqişə də həmin görüşdə baş verib.

Qeyd edək ki, təqsirləndirilən şəxslər ikisi də həbsdə mühakimə edilirlər.

Xəbər 4131 dəfə oxunub.



27.08.2025  14:09 

Sabiq deputat FHN-ni ittiham etdi

27.08.2025  11:46 

Rusiya Xersonu oda bürüdü

26.08.2025  12:30 

Kiyevdə rus casusu saxlanıldı


BÜTÜN XƏBƏRLƏR +