Silah anbarında partlayış...-Ölənlər var
Moskvada avtomobil izdihamın üzərinə sürən şəxs saxlanılıb-YENİLƏNİB
ABŞ-dən Ukraynaya 500 milyon dollarlıq hərbi yardım
İsrail atəşə tutuldu
Özgür Özelin barəsində istintaq başladılıb
Rusiyanın hərbi təyyarəsi İrəvana endi
Tovuz döyüşlərindən beş il ötür
Zelenski xarici hərbi yardımın çatdırılmasından danışıb
HƏMAS-ın hərbi-dəniz xüsusi təyinatlılarının 6 komandiri öldürülüb
Anar Abdullayev həbs olunub


14.04.2023  17:35 

Düşmən əlində əsir olmaq...





A+  A-

Düşmən ölkənin əsir düşən və ya götürülən əsgərinin ilk günlərdə amansızcasına döyülməsi, işgəncə verilməsi, ondan öz əleyhinə ifadələr alınması bütün ölkələrin tarixində və indisində var.

Düşmənə nifrət o qədər böyümüş, qıcqırmış olur ki, heç bir mərhəmət hissi əsir götürənlərə yaxın gəlmir, heç bir beynəlxalq konvensiya, müharibə qanunu yada düşmür. Beynəlxalq Qırmızı Xaç və Qızıl Aypara cəmiyyətləri gəlib çıxana qədər əzişdirmə, işgəncə davam edir.

Dumanda azaraq ermənilər tərəfə keçən əsgərlərimizin ermənilər tərəfindən döyülməməsi, onlarla humanist davranılması daha təəccüblü olardı, nəinki yayılan son görüntülər gözlənilməz oldu.

Əl-əlbət, belə olacaqdı. Onlar da bizim əsgərlərə əsir düşəndə heç də başlarını sığallamırıq. Sonradan izlədiyimiz görüntülər (kabab yedizdirmək, təmiz geyindirmək, əsirlərin kökəlməsi, üzlərinin tərtəmiz təraş edilməsi) bir müddətdən sonra olur, ilk təmasdan danışılası deyil.

Əsirə işgəncə verilməsi gerçəkdən də insanlıqla bir araya sığmır – bunu istər düşmən etsin, istərsə də düşmənimizin düşməni, fərqi yoxdur. Beş-altı nəfərin tökülüşüb köməksiz vəziyyətdə olan əsiri əzişdirməsi qəhrəmanlıq deyil, vəhşiikdir.

İşgəncə videolarının çəkilib tirajlanması isə artıq nifrətin bütün əndazələri aşaraq püskürməsi deməkdir və bu, çox təhlükəli hərəkətdir.

Məşhur “Nəsimi” filmində sözləri çəpləşən Miranşahla (Teymurləngin vəliəhd oğlu) Şirvan bahadırı Dövlət bəyin ibrətamiz bir dialoqu var. Dövlət bəy əmirin oğluna cavab qaytarır, o da pərt olur və hiddətli şəkildə deyir: “Sən mənim əsgərlərimdən birini xoşbəxt elədin, Dövlət bəy. O sənin başın ağırlığında qızıl alacaq”.

İndi Miranşahın sözü olmasın, əsgərimizi amansızcasına döyən ermənilər hansısa bir erməni əsgərini bədbəxt elədi. Qarşıdakı günlərdə, aylarda bir düşmən əsgəri əvvəl-axır əsgərlərimizin əlinə düşəcək və o əsgər bizim Hüseyn Axundovun yaşadıqlarını yaşayacaq. Çünki bunu orta əsrlərdən qalma “dişə-diş, gözə-göz” qanunu tələb edir. Belə etməyənə şərqdə hörmət qoymaz, zəif, əfəl sayarlar.

Nə yazıq ki, bu barbarlıq regionumuzda hələ də yaşayır. Əslində bu təkcə bizim regiona xas hərəkət deyil. Bu gün Ukraynada savaşan slavyan qardaşlar da bir-birindən əsir götürdükləri əsgər və zabitlərə cəhənnəm əzabı yaşadırlar. Qarşılıqlı iddialara görə, hər iki tərəfdən yüz mindən çox gənc kişi ölüb. Günahın kimdə olmasından asılı olmayaraq, bu da vəhşilikdir.

Öz əsgərinin qədrini bilən, bu aqibətə öz əsgərinin də düçar ola biləcəyini anlayan ölkə düşmən ölkənin əsgərinə qarşı belə hərəkət etməməlidir. Əsirə vurulan hər şillə-təpik öz əsgərinə vurulmuş şillə-təpikdir.

Azərbaycanda bunu anlayan, bu fikirə şərik olanlar çoxdur. Təəssüf ki, ermənilərdə bu fikirdə olanlar ya çox azdır, ya da ümumiyyətlə, yoxdur.

Hər dəfə bir erməni əsgəri bizə əsir düşəndə və onun incidilməsinə dair video yayılanda ölkəmizdə onlarla, bəzən yüzlərlə ictimai-siyasi fəal buna etiraz edir, bu hərəkətin beynəlxalq konvensiyalara zidd olduğunu deyir, insanın şərəf və ləyaqətinin alçaldılmasının yolverilməzliyini qabardır, haray-həşir salırlar.

Eyni hərəkəti erməni tərəfdə heç vaxt görməmişik və indi də görmürük. Elə çıxır ki, ya biz mağmınıq, ya da ermənilər humanizm prinsiplərindən çox-çox uzaqdırlar.
Daha pisi odur ki, bizim pasifist, “sülhpərvərlər”in mərhəmət damarı yalnız erməni əsgərlərə qarşı nəsə bir haqsızlıq olanda yoğunlayır, bizim əsgər xoşagəlməz rəftara məruz qalanda onlar, sadəcə, susurlar.

Ramil Səfərov-Qurgen Markaryan məsələsində aydınca görünürdü ki, əgər erməni zabit çevik tərpənib bizim zabiti öldürəsəydi, o zaman bu işə görə yaxalarını cıran “pasifistlər”imiz ya heç nə deməyəcəkdilər, ya da “günah Ramildə olub, o erməni zabiti təhrik etməsəydi, başına bu iş gəlməzdi” deyəcəkdilər.

Əsir əsgərlərə işgəncə verilməsi məsələsinə yeni qayıdaraq, əlavə edək ki, bu gün dövlətlər arasında ələ keçən, əsir düşən əsgərlərə işgəncə verilməməsi, mədəni davranılması barədə saziş imzalansa da, xeyri olmayacaq, bizdə həmişə olmasa da, bəzən müharibə psixozu sazişin tələblərini pozacaq. Ermənilər isə təbiətcə qisasçı, kinli olduqları üçün bu sazişə bilə-bilə riayət etməyəcəklər.

Ancaq düşmən anlamalıdır ki, bir əsiri döyməklə silaha sarıla biləcək 1 milyon kişisi olan ölkəni qorxutmaq olmaz. Əksinə, elə epizodlar, birdən-birə bir neçə milyon kişini (18-45 yaş arasında) möhkəm hiddətləndirir və elə bir qisas hissinə doldurur ki, hərbi əməliyyatlar başlasa, o gücün, enerjinin qabağında heç kəs dura bilməz.

Xalid KAZIMLI

Xəbər 2522 dəfə oxunub.




12.07.2025  00:30 

İsrail atəşə tutuldu

12.07.2025  00:25 

Cəlilabadda yaşayış evi yanıb

11.07.2025  23:25 

Dənizdə batan şəxs xilas edildi

11.07.2025  22:58 

Anar Abdullayev həbs olunub

11.07.2025  17:06 

Güclü, amma “səssiz“ OLİQARX

11.07.2025  16:28 

Rusiya PUA-sı Litvada vurulub?


BÜTÜN XƏBƏRLƏR +