Rusiyanı Çinin vassal dövləti adlandırdı
İlham Əliyev Suriya Prezidentini qəbul etdi
Mətbuat Şurası Rusiyanın Bakıdakı jurnalist - agentlərilə bağlı... - Bəyanat
Silah anbarında partlayış...-Ölənlər var
Moskvada avtomobil izdihamın üzərinə sürən şəxs saxlanılıb-YENİLƏNİB
ABŞ-dən Ukraynaya 500 milyon dollarlıq hərbi yardım
İsrail atəşə tutuldu
Özgür Özelin barəsində istintaq başladılıb
Rusiyanın hərbi təyyarəsi İrəvana endi
Tovuz döyüşlərindən beş il ötür


17.06.2021  19:17 

Ermənistanın ekoloji terroru Qarabağın səhralaşmasına səbəb olub - RƏSMİ





A+  A-

17 iyun tarixi Ümumdünya Səhralaşmaya Qarşı Mübarizə Günü elan olunub. Quru iqlimə malik Azərbaycan üçün də səhralaşma problemi son dərəcə aktualdır. Bəzi hesablamalara görə, əgər operativ tədbirlər görülməzsə, ölkəmizdə səhralaşma prosesi sürətlənə bilər.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən XəzərNews.az-a verilən məlumata görə, Azərbaycanın bəzi ərazilərində qeydə alınan səhralaşma proseslərinin səbəbi iqlim dəyişikliyi və insan faktorudur.

Son illərdə baş verən quraqlıq, iqlim dəyişiklikləri səhralaşmanı sürətləndirib və ekosistemə ciddi təsir göstərib. Qlobal istiləşmə, eyni zamanda, ekstensiv kənd təsərrüfatı fəaliyyəti, heyvandarlığın köçəri və yarım köçəri üsullarından istifadə, həddindən artıq otarılma, qeyri rasional suvarma, müasir kənd təsərrüfatı texnologiyasının zəif tətbiqi eroziya proseslərinə, təkrar şoranlaşmaya və torpaq deqradasiyasına səbəb olur.

Aparılan qiymətləndirmələrə görə, ölkəmizdə aşınan torpaqların ümumi sahəsi 3,7 milyon hektardır.

Bu gün biz cəmiyyət olaraq bu vacib ekoloji problemin qarşısının alınmasına, su çatışmazlığına məruz qalan ərazilərdə fəaliyyətlərin gücləndirilməsinə diqqəti yönəltməli, ilk növbədə suvarma sistemlərinin qənaətcil əsasda qurulmasına, səhralaşmaya məruz qalan və bu təhlükədə olan ərazilərə suvarma suyunun çatdırılmasına nail olmalıyıq.

İşğaldan azad olunmuş ərazilərimizdə uzun illər Ermənistan tərəfindən meşələrin kütləvi qırılması, su tutumu 560 milyon m3 olan Sərsəng su anbarının suyunun qəsdən yay mövsümündə qarşısının kəsilməsi 100 min hektardan artıq əkin sahəsinin suvarılmasında ciddi problemlər yaradıb ki, bu da Aşağı Qarabağ bölgəsində torpaqların eroziyasına və səhralaşmaya səbəb olub.

Bu ərazilərə nəzarət imkanının olmaması beynəlxalq konvensiyalar üzrə götürülən öhdəliklərin yerinə yetirilməsində çətinliklər yaradıb. Amma Qarabağın işğaldan azad edilməsi hazırda bu ərazilərin monitorinqinə və ekosistemin bərpasına başlamağa imkan yaradıb. Bon Çağırışı üzrə 2030-cu ilədək 170 min hektar deqradasiyaya məruz qalmış torpaqların bərpası təşəbbüsünə aid tədbirlər işğaldan azad olunmuş ərazilərimizdə də davam etdirilir.

Azərbaycan BMT-nin “Səhralaşmaya qarşı mübarizə” haqqında Konvensiyasına tərəf olaraq beynəlxalq öhdəliklərin yerinə yetirilməsində fəal iştirak edir, yeni meşə və yaşıllıqlar salınır, deqradasiyaya uğramış torpaqların neytral balansının saxlanılması istiqamətində tədbirlər həyata keçirilir.

2019-cu ildə Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə mütəfəkkir şair İmadəddin Nəsiminin yubileyinə həsr olunan aksiyada ölkə üzrə bir gündə 650 min ağacın əkilməsi, 2020-ci ildə təşkil edilmiş kütləvi ağacəkmə kampaniyaları, IDEA İctimai Birliyi və ETSN-nin birgə təşkilatçılığı ilə həyata keçirilən “Ümumrespublika Yaşıllaşdırma Marafonu” layihəsi çərçivəsində 2021-ci ildə Qarabağ regionu da daxil olmaqla ölkədə 1 milyona yaxın ağacın əkilməsi də səhralaşma ilə mübarizəyə mühüm töhfədir.

Eyni zamanda, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə müəyyənləşdirilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə uyğun olaraq 2030-cu ilədək olan dövrdə də ölkədə yaşıllıqların payı artırılacaq, yararsız torpaq sahələri bərpa olunacaq, deqradasiya və səhralaşmaya qarşı mübarizə aparılacaq.

Xəbər 3132 dəfə oxunub.




12.07.2025  00:30 

İsrail atəşə tutuldu

12.07.2025  00:25 

Cəlilabadda yaşayış evi yanıb

11.07.2025  23:25 

Dənizdə batan şəxs xilas edildi

11.07.2025  22:58 

Anar Abdullayev həbs olunub

11.07.2025  17:06 

Güclü, amma “səssiz“ OLİQARX

11.07.2025  16:28 

Rusiya PUA-sı Litvada vurulub?


BÜTÜN XƏBƏRLƏR +