Silah anbarında partlayış...-Ölənlər var
Moskvada avtomobil izdihamın üzərinə sürən şəxs saxlanılıb-YENİLƏNİB
ABŞ-dən Ukraynaya 500 milyon dollarlıq hərbi yardım
İsrail atəşə tutuldu
Özgür Özelin barəsində istintaq başladılıb
Rusiyanın hərbi təyyarəsi İrəvana endi
Tovuz döyüşlərindən beş il ötür
Zelenski xarici hərbi yardımın çatdırılmasından danışıb
HƏMAS-ın hərbi-dəniz xüsusi təyinatlılarının 6 komandiri öldürülüb
Anar Abdullayev həbs olunub


25.09.2020  16:48 

DİM subbakalavrların keçid balına aydınlıq gətirdi





A+  A-

Dövlət İmtahan Mərkəzi subbakalavrların keçid balı məsələsinə münasibət bildirib.
XəzərNews.az-a daxil olan məlumatda bildirilir ki, qəbul qaydalarına əsasən orta ixtisas təhsili pilləsi üzrə “subbakalavr” peşə-ixtisas dərəcəsi almış şəxslər qəbul imtahanında iştirak etmədən ali təhsil müəssisələrinə müsabiqə yolu ilə qəbul olmaq hüququna malikdirlər.

Subbakalavrlar yalnız orta ixtisas təhsili səviyyəsində təhsil aldıqları tədris dilinə və bitirdikləri ixtisas uyğun olan ixtisasları seçə bilirlər. İxtisas seçimi başa çatdıqdan sonra ali təhsil müəssisələrinin qəbul planı çərçivəsində əvvəlcə abituriyentlərin, bundan sonra isə boş plan yeri qalarsa, subbakalavrların müsabiqə əsasında yerləşdirilməsi aparılır.

Burada eyni bir yerə iddia edən iki və daha artıq subbakalavrı fərqləndirmək məqsədilə əvvəlcə orta ixtisas təhsili pilləsi üzrə ümumi orta müvəffəqiyyət göstəricisi (ÜOMG), bu göstərici də eyni olduğu təqdirdə attestata fənlər üzrə yazılmış yekun qiymətlərin ədədi ortası nəzərə alınır.

Müsabiqənin nəticələri elan olunarkən DİM tərəfindən abituriyentə təqdim olunan arayışda onun ərizəsində qeyd etdiyi ixtisaslara qəbul üzrə minimal keçid balları da əksini tapır. Minimal keçid balları “Abituriyent” jurnalının 7-ci sayında da təqdim olunur. Burada hər hansı bir ixtisasa abituriyentlərlə yanaşı, subbakalavrlar da qəbul olubsa, keçid balı kimi ən aşağı göstəriciyə malik subbakalavrın kollec təhsili üzrə ümumi orta müvəffəqiyyət göstəricisi (balı) də qeyd olunur. Yəni yuxarıdakı qaydaya uyğun olaraq (eyni bir yerə iddia edən iki və daha artıq subbakalavrı fərqləndirmək məqsədilə orta ixtisas təhsili pilləsi üzrə ümumi orta müvəffəqiyyət göstəricisi nəzərə alınır) hər hansı bir ixtisasa ən aşağı balla qəbul olunan subbakalavrın ÜOMG-si də göstərilir.

Bildirilib ki, dünən sosial şəbəkələrdə və müəyyən xəbər saytlarında süni diqqət toplamaq üçün subbakalavrların ÜOMG-si qəbul imtahanından toplanılan bal kimi qeyd olunub və bu da bəzi ixtisaslara keçid balları ilə bağlı yanlış təəssüratın yaranmasına səbəb olur.

“Bir daha qeyd edirik ki, subbakalavrlar qəbul imtahanında iştirak etmədən müsabiqəyə qoşulurlar və hər hansı bir ixtisasa subbakalavr qəbul olubsa, həmin ixtisas üzrə keçid balı kimi göstərilən bal qəbul imtahanı balı deyil, subbakalavrın kollec təhsili üzrə ümumi orta müvəffəqiyyət göstəricisidir.

Nümunə kimi bir subbakalavrın müsabiqə nəticələri haqqında arayışının fotosurətini aşağıda təqdim edirik.

Subbakalavrın ÜOMG-si 81.5944 baldır və müsabiqədən keçməyib. Onun ərizəsində qeyd elədiyi 1-ci ixtisasa ən aşağı balla qəbul olan abituriyent olub və minimal keçid balı 188.5 baldır. İkinci yazdığı ixtisasa da ən aşağı balla abituriyent qəbul olub və minimal bal keçid balı 211.6 baldır. 3-cü yazılan ixtisasa isə ən sonuncu qəbul olan subbakalavrdır və ona görə də ixtisas üzrə “minimal keçid balı sətrində” həmin subbakalavrın ÜOMG-si (91.3556) göstərilib”, - deyə məlumatda qeyd olunub.

Xəbər 3856 dəfə oxunub.




12.07.2025  00:30 

İsrail atəşə tutuldu

12.07.2025  00:25 

Cəlilabadda yaşayış evi yanıb

11.07.2025  23:25 

Dənizdə batan şəxs xilas edildi

11.07.2025  22:58 

Anar Abdullayev həbs olunub

11.07.2025  17:06 

Güclü, amma “səssiz“ OLİQARX

11.07.2025  16:28 

Rusiya PUA-sı Litvada vurulub?


BÜTÜN XƏBƏRLƏR +