Qızmar istilər başlayır: 38 dərəcə isti
Diplomatlarımız Kiyevdə Azərbaycan Evini ziyarət edib - Foto
Əli Xamenei Azərbaycana niyə nifrət edir?
Aleksandr Kubrakov üzərində axtarış aparılır
Prezident gürcü naziri qəbul etdi
“Respublika“ “Xalq“ qəzetinə birləşdi - FƏRMAN
“Yelo Bank” ən çox şikayət edilən bank oldu
Krasnodarda 18 ton Azərbaycan şaftalısını məhv ediblər
Qoz infarkt keçirmə riskini 46 faiz azaldır
26 yaşlı qız öz mənzilində döyülərək öldürülüb


19.02.2019  14:12 

Milli Məclis Azərbaycandakı gənc ailələrin yaşını MÜƏYYƏNLƏŞDİRDİ





A+  A-

Milli Məclisin bu gün keçirilən iclasında "Gənclər siyasəti haqqında" qanuna dəyişikliklər ikinci oxunuşda müzakirəyə çıxarılıb.
XəzərNews.az xəbər verir ki, dəyişikliklər gənclərlə bağlı bır sıra yenilikləri nəzərdə tutur. Belə ki, dəyişikliklərə əsasən, Azərbaycanda 18 yaşınadək şəxslərə tütün məmulatları və spirtli içkilərin satışına, onların idman mərc oyunlarında birbaşa və ya dolayı iştirakına yol verilməyəcək.

Həmin dəyişikliklərdə təklif edilir ki, müvafiq icra hakimiyyəti orqanları 18 yaşınadək şəxslərin mənəvi-əxlaqi tərbiyəsini, onların fiziki və psixi sağlamlığına təhlükə yaradan zərərli informasiyalardan qorunmasını təmin etmək üçün "təhlükəsiz internet" mexanizminin yaradılmasını təmin edəcəklər.

Həmçinin dəyişikliklərə əsasən, Azərbaycanda gənclərin təhsili, asudə vaxtının təşkili, inkişafı ilə bağlı fəaliyyət göstərən obyektlər özəlləşdirildikdən sonra 10 il müddətinə onların funksional təyinatının dəyişdirilməsinə və ya başqa məqsədlər üçün istifadə edilməsinə yol verilmir.

Dəyişikliklərdə həmçinin Azərbaycanda "gənc alim və tədqiqatçı" anlayışı dəqiqləşdirilib.

Gənc alim və tədqiqatçılar yaşı 35-dən çox olmayan alim və tədqiqatçılar hesab olunacaqlar. Onların elmi fəaliyyətinin dəstəklənməsi dövlətin gənclər siyasətinin həyata keçirilməsi sahəsində əsas vəzifələrindən biri olacaq.

"Gənclər siyasəti haqqında" qanunun hazırkı variantına görə, gənclər yaşı 14-dən 29-dək olan şəxslər, gənc ailələr yaşı 35-dən çox olmayan şəxslərin nikaha daxil olmasından yaranan ailə, habelə himayəsində azı bir uşağı olan və yaşı 35-dən çox olmayan tək valideynlər hesab edilirlər.

Dəyişikliklər səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Xəbər 2975 dəfə oxunub.




11.07.2025  12:01 

Prezident gürcü naziri qəbul etdi

10.07.2025  13:20 

Hava ilə bağlı XƏBƏRDARLIQ


BÜTÜN XƏBƏRLƏR +