Silah anbarında partlayış...-Ölənlər var
Moskvada avtomobil izdihamın üzərinə sürən şəxs saxlanılıb-YENİLƏNİB
ABŞ-dən Ukraynaya 500 milyon dollarlıq hərbi yardım
İsrail atəşə tutuldu
Özgür Özelin barəsində istintaq başladılıb
Rusiyanın hərbi təyyarəsi İrəvana endi
Tovuz döyüşlərindən beş il ötür
Zelenski xarici hərbi yardımın çatdırılmasından danışıb
HƏMAS-ın hərbi-dəniz xüsusi təyinatlılarının 6 komandiri öldürülüb
Anar Abdullayev həbs olunub


01.08.2018  11:09 

Yol polisinsən toy karvanlarına XƏBƏRDARLIQ





A+  A-

Son günlər bəy-gəlin cütlüyünü müşayiət edən avtomobil karvanlarında xeyli xətaların baş verdiyini müşahidə edirik. Məsələn, bir neçə gün əvvəl Qusar rayonunda toy karvanında iştirak edən bir gəncin hərəkətdə olan avtomobillərə məhəl qoymayaraq, “avtoş”luq etməsi ilə bağlı sosial şəbəkələrdə görüntülər yayılmışdı. Qusar Rayon Polis Şöbəsinin Yol Polisi Bölməsində məsələ ilə bağlı aparılan araşdırmalar nəticəsində yol hərəkəti qaydalarını kobud şəkildə pozan gəncin şəxsiyyəti müəyyənləşdirilib və bununla əlaqədar Qusar rayon Məhkəməsi tərəfindən müvafiq qərar qəbul edilib.
Bundan öncə isə Bakıda körpünün altında şampan partlatmaqla tuneli bağlayan toy karvanının sürücüləri saxlanılıb. Xuliqanlıq əməlini törədən 7 avtomobil aşkar edilib.

XəzərNews.az-ın məlumatına görə, məsələ ilə bağlı Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov Modern.az saytına bildirib ki, bu cür adət-ənənələrdən uzaqlaşmaq lazımdır:

“Bu ilin əvvəlindən indiyə kimi Bakı şəhər üzrə toy karvanlarında iştirak edən sürücülərin yol hərəkət qaydalarını kobud pozmasından ölüm faktları qeydə alınmasa da, ağır xəsarətlə nəticələnən səhv etmirəmsə, 4 yol hadisəsi qeydə alınıb.

Bir daha sizin vasitənizlə hər bir cütlüyə xoşbəxtlik arzulayıram, onların valideynlərinə gözaydınlığı verirəm. Lakin Yol hərəkəti haqqında” Qanunun tələblərinin yerinə yetirilməsini də xahiş edirəm. Yəqin axırıncı toy karvanını xatırlayırsınız. Tuneli özbaşınalıq edənlərin 25 saniyə bağlaması xeyli narazılıq yaratmışdı. Artıq heç kimə güzəştə getmədən Bakı şəhəri üzrə quraşdırılmış kameraların köməyilə hər bir karvanın getdiyi istiqamət müəyyənləşdirilir və yol boyu kimin hansı formada hərəkət etdiyinə diqqət artırılır. Kim yol boyu qaydanı kobud pozursa, barəsində konkret cəza tədbiri görüləcək”.

V.Əsədov qeyd edib ki, toy karvanlarında 4, maksimum 5 avtomobilin hərəkət etməsi tövsiyə edilir:

“Eləcə də bəy və gəlin cütlüyünün müşayiətində toy karvanı hərəkət edərkən yolun bütövlükdə hərəkət zolağını tutmamalıdır, lüzumsuz olaraq aşağı sürətlə hərəkət etməməlidir, yol ayrıclarında diqqətli olub işıqforun və ya yol nişanlarının tələblərinə uyğun hərəkət etməli və səs siqnallarından istifadə etməklə narazılıq yaratmamalıdır. Eyni zamanda bəy-gəlin cütlüyünün müşayiət edildiyi nəqliyyat vasitəsinin dövlət nömrə nişanı gizlədilməməlidir.

Bu gün 21-ci əsrdir. İndiki gənclər köhnəlmiş, ürək sıxan adət-ənənədən uzaqlaşıb müasir dəblərə önəm verməlidir. Müasir gənclər yolboyu kiməsə narazılıq yaratmamalıdır”.

V.Əsədov deyib ki, ötən illərdə toy karvanları daha çox kobudluq nümayiş etdirirdi:

“Hətta kameraların təsir zonasında belə sürücülər yol hərəkəti qaydalarını pozurdular. Artıq müasir dövrün qanunları buna imkan vermir. Bu baxımdan toy karvanlarının səbəb olduğu yol nəqliyyat hadisələrində azalma müşahidə edilir. Toy karvanında özbaşına hərəkətin sayı da azalıb. Sürücülərin hərəkətinə mane yaratmaq inzibati xəta tərkibi yaradır ki, biz də bunu kameralarla aşkarladıqda məsuliyyət tətbiq edirik və qarşısını alırıq”.

Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Rüfət Quliyev saytımıza açıqlamasında toy karvanlarının səbəb olduğu yol nəqliyyat hadisələrinin ayrıca statistikasının olmadığını deyib:

“Lakin həmişə olduğu kimi yol polisi sürücülərə bildirir ki, toy karvanı imkan daxilində 3-4 nəqliyyat vasitələrindən çox olmamalıdır. Bütöv yol hərəkət hissəsində tıxac yaratmamaq şərtilə hər hansı bir qanun pozuntusuna yol verilmədən və qayda pozmadan hərəkət etməlidirlər. Eyni zamanda, bütöv yol hərəkət iştirakçılarının sərbəst və normal hərəkətinə maneçilik yaratmamalıdırlar”.

Xəbər 3215 dəfə oxunub.




12.07.2025  00:30 

İsrail atəşə tutuldu

12.07.2025  00:25 

Cəlilabadda yaşayış evi yanıb

11.07.2025  23:25 

Dənizdə batan şəxs xilas edildi

11.07.2025  22:58 

Anar Abdullayev həbs olunub

11.07.2025  17:06 

Güclü, amma “səssiz“ OLİQARX

11.07.2025  16:28 

Rusiya PUA-sı Litvada vurulub?


BÜTÜN XƏBƏRLƏR +