Silah anbarında partlayış...-Ölənlər var
Moskvada avtomobil izdihamın üzərinə sürən şəxs saxlanılıb-YENİLƏNİB
ABŞ-dən Ukraynaya 500 milyon dollarlıq hərbi yardım
İsrail atəşə tutuldu
Özgür Özelin barəsində istintaq başladılıb
Rusiyanın hərbi təyyarəsi İrəvana endi
Tovuz döyüşlərindən beş il ötür
Zelenski xarici hərbi yardımın çatdırılmasından danışıb
HƏMAS-ın hərbi-dəniz xüsusi təyinatlılarının 6 komandiri öldürülüb
Anar Abdullayev həbs olunub


02.09.2017  10:43 

Liviyada həbsdə olan Azərbaycan vətəndaşları azad olunub - XİN





A+  A-

Liviyada həbsdə olan üç Azərbaycan vətəndaşı, Salmanov Namiq Yusif oğlu, Rəşidbəyli Mövlud Firudin oğlu və Əliyev Fərid Hüseyn oğlu Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin (XİN) Liviyanın müvafiq qurumları ilə apardığı uzun danışıqlardan sonra 31 avqust 2017-ci ildə azad olunub.
XİN-nin Mətbuat xidmətindən XəzərNews.az-a verilən məlumata görə, Türkiyə şirkətinə məxsus "Kalkanlar 1" gəmisinin ekipaj üzvü olan sözügedən vətəndaşlarımız 27 fevral 2016-cı ildən itkin düşmüş şəxslər kimi axtarışa veriliblər. Özlərinin ailələrinə etdikləri sonuncu telefon zəngində gəminin batırıldığına dair məlumat versələr də, ətraflı danışa bilməyiblər. XİN-in axtarışlarından sonra adıçəkilən şəxslərin Liviyanın Sirt şəhərində "İslamiyə qüvvələri" tərəfindən girov götürüldüyü məlum olub.

"Azərbaycanın Liviyada diplomatik nümayəndəliyi fəaliyyətini dayandırdığı üçün Türkiyənin Liviyadakı diplomatik nümayəndəliyinə konsulluq dəstəyi göstərməsi üçün müraciət edilib. Eyni zamanda vətəndaşlarımızın azad edilməsini təmin etmək üçün Liviyanın Azərbaycandakı səfirliyi ilə mütəmadi əsasda təmaslar davam etdirilib. Həmçinin, sözügedən vətəndaşların ailə üzvləri ilə davamlı olaraq XİN-nin Konsulluq İdarəsində görüşlər keçirilib, narahatlıqları dinlənilib və atılan addımlar barədə məlumat verilib.

Həyata keçirilən tədbirlər nəticəsində vətəndaşlarımızın girovluqdan azad edilməsi və dövlət orqanlarının nəzarətində olan əraziyə gətirilməsi təmin olunub. Onlara qarşı Liviya ərazisindən qanunsuz şəkildə dizel yanacağının çıxarılması ilə büdcəyə külli miqdarda ziyan vurmaq barədə ittihamlar irəli sürülüb.

Bu əsnada Türkiyənin Liviyadakı diplomatik nümayəndəliyindən təcridxanaya baş çəkib Azərbaycan vətəndaşlarının saxlanma şəraiti ilə maraqlanması xahiş olunub. Onların ailə üzvləri ilə telefonla əlaqə saxlaması təmin olunub. Bununla yanaşı, XİN Liviyanın Azərbaycandakı səfirliyi vasitəsilə ittiham aktının təqdim olunmasını və konsulluq yardımının göstərilməsini tələb edib.

2 sentyabr 2017-ci ildə vətandaşlarımız Liviyadan Türkiyənin İstanbul şəhərinə gətirilib və İstanbuldakı Baş konsulluğumuz tərəfindən onlar üçün sərhəd keçmə sənədləri hazırlanıb və təyyarə ilə Bakıya yola salınıblar.

Bu xüsusda göstərdiyi dəstəyə görə qardaş Türkiyənin Liviyadakı diplomatik nümayəndəliyinə, Bakıdakı səfirliyinə və Türkiyə Xarici İşlər Nazirliyinə dərin təşəkkürümüzü bildiririk", - deyə nazirliyin açıqlamasında bildirilib.

Xəbər 3754 dəfə oxunub.




12.07.2025  00:30 

İsrail atəşə tutuldu

12.07.2025  00:25 

Cəlilabadda yaşayış evi yanıb

11.07.2025  23:25 

Dənizdə batan şəxs xilas edildi

11.07.2025  22:58 

Anar Abdullayev həbs olunub

11.07.2025  17:06 

Güclü, amma “səssiz“ OLİQARX

11.07.2025  16:28 

Rusiya PUA-sı Litvada vurulub?


BÜTÜN XƏBƏRLƏR +